İran səfirliyindən 26 iyun təbriki

İranın ölkəmizdəki səfirliyi Azərbaycan Silahlı Qüvvələrini təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, İran səfirliyi özünün tviter səhifəsində təbrik mesajı paylaşıb. “İran Səfirliyi Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan ordusunu təbrik edir. İki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək”, […]

Bayden rusları barbar adlandırdı

ABŞ Prezidenti Co Bayden bu gün Kiyevə raket hücumunu Rusiya barbarlığının nümunəsi adlandırıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bunu Almaniyanın Elmau qəsrində keçirilən G7 sammiti çərçivəsində Ukrayna paytaxtının atəşə tutulmasını şərh edərkən deyib. “Bu, daha çox onların barbarlığının nümunəsidir”, – ABŞ lideri bildirib. Xatırladaq ki, bu gün Rusiya qoşunları Kiyevin Şevçenkovski rayonuna […]

Putin Orta Asiya turnesinə çıxır

Rusiya Prezidenti Vladimir Putinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib. Bildirilib ki, dövlət başçısı əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq. Daha sonra Putin Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak […]

Əlaqələrimiz qardaşlıq üzərində qurulub – Cahit Bağçı

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərində Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimində bildirib. Onun sözlərinə görə, münasibətlərin […]

Qərb sanksiya müharibəsi aparır – Puşkov

“Qərb ölkələri Rusiyaya qarşı sanksiya müharibəsi aparır. Bu, birmənalıdır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov deyib. Onun fikrincə, Qərbin məqsədi Rusiyanın iqtisadi baxımdan tükənməsidir: “Rusiyaya qarşı sanksiya müharibəsi ölkənin uzunmüddətli maliyyə və iqtisadi cəhətdən çökməsinə yönəlib. Bu müharibənin bir hissəsi kimi görülən […]

Sergey Şoyqu Ukraynada

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynaya gedib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Şoyqu Ukraynadakı müharibədə iştirak edən rus qoşun qrupuna baxış keçirib. Bundan əlavə, nazir komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya Silahlı Qüvvələrinin əməliyyat bölgələrindəki hərəkətləri ilə bağlı məruzələrini dinləyib.

Üç ölkənin nazirləri Bakıda TOPLAŞIR

Sabah paytaxt Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqələri genişləndirmək məqsədi daşıyır. Bundan əlavə, görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.

Azərbaycanın müdafiə xərcləri nə qədərdir? – RƏQƏMLƏR

“Ordumuzun hər zaman gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır”. Cumhuriyyet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və milli təhlükəsizlik xərcləri daha 13.2 faiz artırılaraq 5 milyard 84 […]

Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gələcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, Çavuşoğlu sabah Türkiyə-Azərbaycan-Qazaxıstan nazirlərinin Bakıda keçiriləcək görüşündə iştirak edəcək.

Tanınmış jurnalistin “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının- TƏQDİMATI – FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib. Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə mərhum Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq gül […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930