İrəvanda Paşinyanın istefası tələbilə mitinq BAŞLADI

İrəvanın mərkəzindəki Fransa meydanında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinq başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilib ki, müxalifət liderlərindən olan İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən kənarlaşdırılması etirazları alovlandırıb. Fransa meydanına toplaşan müxalifət tərəfdarları hökumətin istefasını tələb edirlər.

Zelenski Ukraynaya atılan raketlərin sayını AÇIQLADI

Rusiya indiyədək Ukraynaya 3 minə yaxın raket atıb. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib. “Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3 minə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı […]

AMEA-da keçirilən Dəyirmi Masada Ukraynada fəaliyyət göstərən soydaşımız professor Arif Quliyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

İyulun 1-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Baş direktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açıb və qlobal miqyasda dünya siyasəti və diplomatiyasının müəyyən problemləri, müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplər, xalq […]

Ermənistan parlamentində qalmaqal: deputat istefa verdi

Ermənistan parlamentinin müxalifət fraksiyasının deputatı Armen Gevorkyan Regional və Avrasiya inteqrasiyası üzrə komissiyasının sədri vəzifəsindən istefa verib. Cumhuriyyet.az “Armenpress”ə istinadən xəbər verir ki, deputat bu müraciətlə bağlı məlumat yayıb. Deputat bildirib ki, ölkədəki siyasi proseslər o yerə gətirib çıxarıb ki, aydın siyasi və insani etika qaydaları diktə olunur və ona bu vəzifəni tutmağa imkan vermir. […]

Qurban bayramının dəqiq tarixi MƏLUM OLDU

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində hicri-qəməri təqvimin təyin edilməsi məqsədilə Ayın Azərbaycan üfüqündə təzələnməsi vaxtını təqdim edir. Rəsədxanadan Cumhuriyyet.az-a bildirilib ki, 29 iyun (qəməri təqvimlə Zilhiccə ayının 1-i) 2022-ci il tarixində Ay təzələnib və aydın səma şəraitində Ayın hilalı adi gözlə müşahidə edilib. Ayın təzələnmə qrafikinə əsasən Qurban […]

Ceyhun Bayramov yeni səfiri qəbul etdi

1 iyul 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Sedlaçeki qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Cumhuriyyet.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov, səfir Milan Sedlaçekin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib. Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm […]

Putin-Ərdoğan görüşü ilə bağlı AÇIQLAMA

Rusiya və Türkiyən in müvafiq qurumları prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların təşkili üzərində işləyir. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Danışıqların konkret nə zaman keçiriləcəyi barədə tarix açıqlanmayıb.

Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SİYAHI

Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Əsgərova-Məmmədova Leyla Səyavuş qızı Məmmədzadə Səbinə Adil qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hüseynov Nahid Nəsir oğlu Sumqayıt Ağır […]

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri DƏYİŞDİ

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri dəyişib. Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” fərmanda edilən dəyişiklikdə əksini tapıb.Dəyişikliyə […]

Gəncə Məhkəməsinə sədr və hakim təyinatları – ADLAR

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib. Bundan başqa, Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031