ABŞ və İran razılığa gələ BİLMƏDİ

Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda ABŞ və İran nümayəndə heyətləri birgə hərtərəfli fəaliyyət planı ilə bağlı razılığa gələ bilməyiblər. Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mullin deyib. “İran nümayəndə heyətinin razılaşmaya qayıtmaq istəyini nümayiş etdirəcəyinə ümid var idi, lakin cavab verə bilmədilər, bu fürsət əldən verildi. Hesab edirik ki, İran […]

Putin Mirziyoyevlə Qaraqalpaqda baş verənləri müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər aktual məsələləri müzakirə ediblər. Müzakirə zamanı Putin Rusiyanın Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib. Xatırladaq ki, bir neçə gün öncə Qaraqalpaqıstanda Özbəkistanda təklif olunan konstitusiya dəyişikliklərinə etiraz olaraq […]

Əli Əsədov və Samir Nuriyev Prezidentin tapşırığı ilə Qarabağa getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub. Cumhuriyyet.az xəbər verir ki, […]

Azərbaycanın qeyri-neft ixracı 25.4% ARTIB

2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4 % artıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında qeyd edilib. Məlumata görə, 2022-ci ilin yanvar-iyun […]

İndoneziya ilə imzalanmış sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, fərmana əsasən, 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji […]

Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək. Cumhuriyyet.az xəbər verir ki, bu məsələyə Milli Məclisin iyulun 8-də keçiriləcək iclasında baxılacaq. Belə ki, iclasın gündəliyinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.

İsraillə bağlı saziş təsdiq olundu

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Saziş qüvvəyə mindikdən sonra Dövlət […]

İlham Əliyev Türkiyə ilə imzalanmış müqaviləni TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il […]

Toponimiya komissiyasının tərkibi DƏYİŞİR

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişəcək. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə müzakirə aparılacaq. İyulun 8-də keçiriləcək plenar iclasda “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə layihə müzakirə olunacaq.

Qarabağdakı qızıl yataqları ilə bağlı sənəd TƏSDİQ EDİLDİ

Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib. Cumhuriyyet.az xəbər verir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031