Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq

Avropa İttifaqı yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim etməyi planlaşdırır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, bu dəfə məhdudiyyətlər qızılın idxalına təsir edəcək. Eyni zamanda yeni qərarlar əvvəlki sanksiyalara aydınlıq gətiriləcək, fiziki və hüquqi şəxslərin siyahıları yenilənəcək.

Baş nazir Zelenski ilə görüşdü – Yeni silahlar vəd etdi

Niderlandın Baş naziri Mark Rutte Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, Rutte Kiyevdə keçirilən brifinqdə Ukraynaya yeni silahlar veriləcəyini deyib. O bildirib ki, Niderland Ukraynaya müasir ağır silahlar, özüyeriyən artilleriya qurğuları və mərmilər təhvil verəcək. “Ukraynanın bizim hərbi dəstəyimizə ehtiyacı var. Biz Ukraynanı müasir silahlarla dəstəkləməliyik. Mən Avropadakı […]

Ərdoğan Paşinyanla RAZILIĞA GƏLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Dövlət başçıları Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər. Ermənistanın Baş naziri Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan […]

Putin prezident titulundan MƏHRUM EDİLİR

Ukraynaya qarşı müharibə davam edərkən, Rusiya rəsmilərindən maraqlı bir təklif gəlib. Cumhuriyyet.az xəbər verir ki, rus siyasətçilər ölkə lideri Vladimir Putini prezident adı ilə çağırmamağı təklif ediblər. Bildirilib ki, Vladimir Putin indiki “prezident” titulu əvəzinə ölkənin “hökmdarı” kimi təqdim olunsun. Liberal Demokrat Partiyası (LDPR) Putinin statusuna və roluna daha uyğun olduğu üçün rusca “Pravitel” titulundan […]

Bakı metrosu iş rejimini DƏYİŞİR

İyulun 12-də “Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqası turnirinin I təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab qarşılaşmasında meydana çıxacaq. Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanılacaq oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. Bu barədə Cumhuriyyet.az-a qurumdan bildirilib. Məlumata görə, metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, […]

TƏBİB-dən səyahətə gedənlərə XƏBƏRDARLIQ

“Yay fəsli olduğu üçün səyahət edən insanların sayı artıb. Bu özü də bir növ risk faktorudur”. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, insanlar uçuşlar zamanı uzun müddət qapalı məkanda olurlar, bu da yoluxma riskini artırır: “Bu zaman maskalardan istifadə tövsiyə olunur. Sevindirici […]

Ceyhun Bayramov yeni səfiri qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Tomas Şuller-Qötzburqu qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Ölkəmiz ilə Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edən nazir, […]

Fransa Rusiyadan qaz alışını tamamilə dayandırmağa hazırlaşır

Fransanın maliyyə naziri Bruno Le Maire bəyan edib ki, Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması ən çox ehtimal olunan ssenaridir. Cumhuriyyet.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda açıqlamanı nazir Fransanın cənubunda keçirilən konfransda çıxışı zamanı verib. O qeyd edib ki, Rusiyadan qaz nəqlinin tamamilə kəsilməsi ehtimalı yüksəkdir, Fransa bu ssenariyə hazırlaşmalıdır. “Bu ssenarini rədd etmək […]

Putin belaruslu həmkarı ilə DANIŞIB

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Cumhuriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, liderlər Litvanın Ruisyanın Kalininqrad vilayətinə yüklərin tranzitinə tətbiq etdiyi məhdudiyyətləri müzakirə ediblər. Dövlət başçıları həmçinin iki ölkə arasında əlaqələrin gücləndirilməsi məsləsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Bakıya təyinat alan türkmən səfir həkim imiş… – DOSYE

Türkmənistan Azərbaycana yeni səfir təyin edib. Bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov fərman imzalayıb. Fərmana əsasən, Qurbanmamet Elyasov Azərbaycana səfir təyin olunub. Yeni səfir kimdir? Cumhuriyyet.az.az-ın məlumatına görə, Bakıya təyinat alan səfir ixtisasca həkimdir. Azərbaycana səfir təyin olunmamışdan əvvəl Türkmənistanın Yaponiyadakı, eləcə də Filippindəki səfiri olub. O, 2010-2013-cü illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031