“Rusiya ilə Ukrayna arasında sülh olana qədər…” – Ərdoğan

“Taxıl daşımasına dair sazişə əsasən, önümüzdəki günlərdə başlayacaq gəmi daşınmaları ilə qlobal ərzaq böhranının aradan qaldırılmasına töhfə verəcəyik”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülh bərqərar olana qədər diplomatik səylərini davam etdirmək əzmindədir.

Almaniyada parlament binası üzərində LGBT bayrağı asıldı – Gey-paradın şərəfinə

İyulun 23-də Almaniyanın paytaxtı Berlində keçirilən gey-paradın şərəfinə ilk dəfə olaraq parlament binasının – Bundestaqın üzərində LGBT bayrağı dalğalandırılıb. Cumhuriyyet.az yerli KİV-ə istinadən bildirir ki, bayraq səhər saatlarından Bundestaq binasının cənub-qərb qülləsində yerləşdirilib. Şərq və qərb tərəflərində daha iki bayraq qaldırılıb. Qeyd edək ki, 2022-ci ilin aprelində Almaniya Daxili İşlər Nazirliyi LGBT icmasının bayrağının dövlət […]

Son sutkada nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə […]

Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMA

Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukrayna müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, “Anadolu” agentliyinə açıqlamasında bildirib. O, ukraynalı nazirlərlə Odessaya endirilən zərbələri müzakirə edib. Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu qeyd edib. “Ukrayna raket zərbələrindən birinin limandakı siloslardan birinə, […]

Yoluxanların bu günkü SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə […]

Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜ

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır.

Azərbaycanda qar yağdı

Azərbaycanda yüksək dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, Şahdağın 3500 metrdən yüksəkdə yerləşən ərazilərinə qar yağıb.

Quterreş Odessaya hücumu pislədi

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Odessa limanına endirilən zərbələri pisləyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Farhan Haq məlumat verib. O əlavə edib ki, Rusiya-Ukrayna müharibəsində bütün tərəflər Ukrayna limanlarından taxıl ixracı üçün razılığa gəliblər. Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və bütün dünyada ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün […]

Ağalılar evlərinə çatdı – FOTOLAR

İyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə öz doğma yurduna çatıb. Cumhuriyyet.az xəbər verir ki, sevinc və qürur hissləri ilə Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb və onların xoş təəssüratları dinləyib. Doğma torpağa dönən zəngilanlılara Ağalı […]

Azərbaycanda ərzaqlıq buğdaya görə əlavə 100 manat veriləcək

“Bu ildən taxıl istehsal edən fermerlərə məhsul subsidiyası veriləcək”. Cumhuriyyet.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Report”un Qarabağ mərkəzinə açıqlamasında bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində taxılçılığın inkişafı üçün verilən subsidiyalardan fərqli olaraq bu dəfə fermerlərə əlavə 1 ton məhsul üçün əlavə 100 manat subsidiya veriləcək. “Belə ki, əgər indiyə qədər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031