Zəngəzurda yanan hərbçi öldü

Bir neçə gün öncə Zəngəzur bölgəsində yanıq xəsarətləri alan Ermənistan ordusunun müddətli hərbi qulluqçusu Palyan Civanoviç Poqosyan ölüb. Cumhuriyyet.az  xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb. Xatırladaq ki, iyulun 25-də Ermənistan Müdafiə Nazirliyi Sünik vilayətində xidmət edən Poqosyanın yanıq xəsarətləri aldığını açıqlayıb. Əsgər birində yanğını söndürərkən yaralanıb.

DİM-dən yeni tariflərlə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən müxtəlif növ imtahanların tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 6 mart 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə müəyyən edilib.   DİM-dən Cumhuriyyet.az -a verilən məlumata görə, 2017-ci ildə tariflər müəyyən edildikdən sonra tələbə qəbulunu tənzimləyən qanunvericilik aktlarına edilmiş dəyişikliklərə əsasən, imtahanların keçirilmə texnologiyasında, davametmə müddətində, məzmununda […]

AMEA AzTV-nin tənqidini təqdir edir

Azərbaycan Milli Elmlər Akademiyası AzTV-nin hazırladığı tənqidi süjetlə bağlı yeni məlumat yayıb. Cumhuriyyet.az -a daxil olan məlumatda deyilir: “25 iyul 2022-ci il tarixində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı süjet yer alıb. Süjetdə, əsasən, AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlər əks […]

Kəlbəcərdə minaya düşən komandirin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarov minaya düşüb. Cumhuriyyet.az  xəbər verir ki, Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb. Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb. Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə […]

ABŞ Azərbaycana yeni diplomat göndərdi

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi tviter hesabında məlumat yayıb. Hüqo Gevara ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək.

Rusiya XİN-dən İsrailə İTTİHAMLAR – Səbəb Ukraynadır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukrayna ilə bağlı “qeyri-konstruktiv” və “qərəzli” ritorikadan istifadə etdiyini bildirib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə o, “YouTube” kanalında danışıb. “Bu, bizim üçün tamamilə anlaşılmaz və qəribədir”, – deyə Zaxarova söyləyib. O, Rusiya ilə İsrail arasındakı münasibətlərin öz-özünə pisləşmədiyini deyib. İsrailin anti-Rusiya mövqe sərgilədiyini və yalnız Ukraynanı […]

Minaya düşən zabit hərbi hissə komandiridir – Cinayət işi açıldı

İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Bu barədə Cumhuriyyet.az -a Kəlbəcər hərbi prokurorluğundan bildirilib. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi […]

Heyvana işgəncə verənlər HƏBS EDİLDİ

Xəbər verildiyi kimi, ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Cumhuriyyet.az -a bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və […]

Şröder Moskvaya gəldi – Putinlə görüşə bilər

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya səfərə gəlib. Cumhuriyyet.az  xəbər verir ki, o, Moskvaya tətilə gəldiyini bildirib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şröderlə Putin arasında təmaslar istisna edilmir. “Bizim bildiyimizə görə, o, həqiqətən də Moskvadadır. Hələlik görüşlər yoxdur, lakin biz təmasları istisna etmirik”, – Peskov bildirib. Keçmiş kansler “Qazprom”un baş […]

Hərbçimiz Kəlbəcərdə minaya DÜŞDÜ

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. Bu barədə Cumhuriyyet.az -a Müdafiə Nazirliyindən bildirilib. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031