Çin liderindən Baydenə sərt xəbərdarlıq – Odla oynamayın!

Xəbər verdiyimiz kimi, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, Çin tərəfi telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. CCTV-nin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlər və Tayvan mövzularına toxunulub. Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında münasibətləri strateji rəqabət kimi qəbul etmək […]

“Mən Qarabağam” layihəsi çərçivəsində şəhidimiz Etibar Məmmədova həsr olunmuş təqdimat həyata keçirilib

Şəhidimiz daim qəlbimizdədir! Mediaxeberleri.az xəbər verir ki, Ağstafa gəncləri Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyində “Mən Qarabağam!” layihəsi çərçivəsində bir araya gəliblər. Görüşdə gənclər Qarabağ müharibəsi zamanı şəhid olmuş Etibar Məmmədova həsr olunmuş təqdimatı izləyiblər. İlk öncə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Etibar Məmmədovun vətənpərvərliyi, döyüş yolu haqqında […]

“Fərmana görə ölkə başçısına təşəkkür edirik” – Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayev nazirliyin adının dəyişdirilməsi ilə bağlı paylaşım edib. Cumhuriyyet.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fərman imzalamışdır. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılmış, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin […]

Lavrovun xüsusi nümayəndəsi İrəvanda – Mirzoyanla görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub. Xovayev bundan əvvəl Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Bayden Çin lideri ilə 2 saat danışıqlar apardı

ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, danışıqlar 2 saatdan çox davam edib. Bayden sonuncu dəfə mart ayında Si Cinpin ilə danışıqlar aparıb və Pekinin Rusiya müharibəsinə maddi dəstək verməsinin “nəticələri” barədə xəbərdarlıq edib.

Putinə görə “Fənərbaxça”ya intizam işi açıldı

UEFA “Fənərbağça” klubuna intizam işi açıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. İntizam işinin açılmasına səbəb komanda azarkeşlərinin Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə oyundakı davranışlarıdır. Azarkeşlər 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Lavrov çinli həmkarı ilə Ukraynanı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van Yi ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüş Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Nazirlər regional və qlobal prosesləri müzakirə edib. Ukrayna mövzusu barədə fikir mübadiləsi aparılıb. Görüş ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında gözlənilən telefon […]

AMEA-ya 3 ay vaxt qoyuldu

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini üç ay müddətində təsdiqləməlidir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb. Fərmana əsasən AMEA-ya qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının […]

Elm və Təhsil Nazirliyinə bu səlahiyyətlər verildi

Elm və Təhsil Nazirliyinə bir sıra səlahiyyətlər verilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb. Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə […]

AMEA-nın muzeyləri Mədəniyyət Nazirliyinə VERİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan muzeylər Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Qeyd edək ki, Prezident İlham Əliyev […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031