Şərqi Zəngəzur üzrə Müşahidə Şurasının ilk iclası keçirildi

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının avqustun 4-də ilk iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri – iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, […]

Blinken və Lavrov görüşə bilər

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə bilər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Con Kirbi məlumat verib. O, görüşün Kambocada baş tuta biləcəyini vurğulayıb. “Blinkenin Lavrovla söhbət etmək imkanı olarsa, bunu edəcək” ,- deyə Kirbi bildirib. Qeyd edək ki, bir neçə gün öncə Ukraynadakı müharibənin başlamasından […]

“Putinin hələlik Ermənistana səfər planı yoxdur” – Peskov

“Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri ilə bağlı hələlik dəqiq tarix yoxdur” Cumhuriyyet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Əlbəttə, Ermənistana səfər dəvəti var. Lakin səfərin dəqiq tarixi təyin edilməyib”, – deyə o, qeyd edib.

Xankəndində Azərbaycan bayrağı – FOTO

Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib. General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib. Qeyd edək ki, görüşün keçirildiyi məkanda stolun üstünə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.

Quterreş Qarabağdakı vəziyyətdən narahatdır

BMT-nin Baş katibi Antonio Quterreş Qarabağdakı vəziyyətdən narahatdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Düjarrik deyib. “BMT Baş katibi Qarabağdakı gərginlikdən dərin narahatlığını bildirib. Tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır”, – Düjarrik vurğulayıb.

Şarl Mişel Bakı və İrəvanla danışıqlar APARIR

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Laçındakı son hadisə ilə əlaqədar Ermənistan və Azərbaycan liderləri ilə sıx təmasdadır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Euronews” Avropa rəsmisinə istinadən məlumat yayıb. Bildirilib ki, Mişel artıq Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb və yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayacaq. “Mişelin komandası və Avropa […]

“Əvvəlcə Balkanlar, sonra Tayvan, indi də ola bilsin Qafqaz…” – Zelenski

“Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin digərinə təcavüz etməyəcəyinə zəmanət verilsin”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Əvvəlcə Balkanlar, sonra Tayvan, indi də ola bilsin Qafqaz… Bütün bu hallar fərqli görünür, baxmayaraq ki, onları tam olaraq bir amil birləşdirir: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər bu işləsəydi, bütün bu […]

Blinken Bakı və İrəvana təklif GÖNDƏRDİ

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Cumhuriyyet.az bildirir ki, ABŞ Dövlət Departamenti telefon danışığı barədə məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ikitərəfli əlaqələrlə yanaşı, Qarabağdakı vəziyyət də müzakirə olunub. Blinken Azərbaycan və Ermənistan arasında dialoqa və uzunmüddətli razılığın əldə olunmasına […]

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Cumhuriyyet.az xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsinin […]

Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin yaxın qohumları işdən çıxarılıb. Cumhuriyyet.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031