Prezident bu ərazilərə qayıdış üçün TAPŞIRIQ VERDİ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Cumhuriyyet.az-a Dövlət Komitəsindən məlumat verilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan […]

Azərbaycanın xarici dövlət borcu AZALIB

Dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib. Cumhuriyyet.az xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da öz əksini tapıb. İyulun 1-nə ümumi […]

“Elə bilirlər ki, Yazıçılar Birliyi zavoddur” – Sabir Rüstəmxanlı

“Azərbaycan Yazıçılar Birliyi (AYB) ədəbiyyatı yaratmır, ədəbiyyatı qələm sahibləri yaradır. Yazıçılar Birliyinin 1000-dən artıq üzvü var. Son vaxtlar birliyi tənqid edib, amma üzv olmaq istəyənlərin sayı da artıb”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Modern.az-a deputat, Xalq şairi Sabir Rüstəmxanlı AYB-nin fəaliyyəti və növbəti qurultayda yazıçı Anarın namizədliyi ilə bağlı danışarkən deyib. Deputat bildirib ki, […]

Laçına, Zabux və Sus kəndlərinə qayıdış başlanacaq – RƏSMİ

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin – qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır. Bu barədə Cumhuriyyet.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Laçın rayon Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına […]

Avropadan nüvə təklifi – İran şərt qoydu

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb. Bildirilib ki, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla əlaqədar Tehrana zəmanətlər verilərsə, […]

Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ

Ukraynadakı müharibə bu ilin sonuna qədər bitməyəcək, hərbi əməliyyatlar uzun sürən fazaya daxil olub. Cumhuriyyet.az xəbər verir ki, bunu Britaniya hərbi kəşfiyyatının rəhbəri Cim Qokkenqall BBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun bir neçə kritik problemi var. Belə ki, rusların aşağı keyfiyyətli komandanlığı, nəzarət və maddi-texniki təminat böyük ölçüdə ordunun uğursuzluğuna səbəb olub. Kəşfiyyat […]

İstinin xeyrindən çox ziyanı var – ARAŞDIRMA

Alimlərin fikrincə, şiddətli istilər iqlim dəyişikliyinin əsas təsirlərindən biridir. Son illərdə dünyanın müəyyən bölgələrində müşahidə olunan rekord temperatur planetin sürətlə istiləşdiyini və temperaturun daha da yuxarı qalxacağını göstərir. Həddindən artıq istilər bütün dünyada milyonlarla insanın həyatına və yaşayışına təhdid yaradır. Belə ki, dözülməz isti hava şəraiti insanları öldürür, infrastruktura ziyan vurur və ərzaq təhlükəsizliyini təhdid […]

Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 8 dəfə atəşə tutulub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 1 […]

Ərdoğanla Baydenin görüşü gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Bildirilib ki, prezidentlərin görüşü sentyabrda baş tuta bilər. “Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla […]

Messi ilk dəfə “Qızıl top”a namizəd deyil

Lionel Messi “Qızıl top”a namizədlər siyahısına düşməyib. “France Football” dünya futbolunda ən yüksək fərdi mükafata 30 iddiaçının siyahısını açıqlayıb. PSJ və Argentina millisinin hücumçusu 2005-ci ildən bəri ilk dəfə “Qızıl top”a namizəd göstərilməyib. Messi 7 dəfə “Qızıl top”u qazanıb, bu da dünya rekordudur. O, həm də hazırda mükafatın sahibidir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031