Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibətilə tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Qazax Xeyriyyə İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar Qazax rayonunda yubiley tədbiri keçirilib. Mediaxeberleri.az xəbər verir ki, əvvəlcə Mirvarid Dilbazinin 85 illiyi zamanı ulu […]

Ərdoğanla Zelenskinin görüşü başa çatdı – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Prezidentlərin təkbətək görüşü mətbuata qapalı olub və təxminən saat yarım davam edib. Danışıqların detalları hələlik mətbuata açıqlanmayıb. Daha sonra Ərdoğanın BMT-nin Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə üçtərəfli […]

“Faktlar partlayışın terror olmadığını göstərir” – Paşinyan

Ticarət mərkəzində baş vermiş partlayış terror aktı deyil. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı açılmış cinayət işində müxtəlif fərziyyələr nəzərdən keçirilir. Lakin mövcud sübutlar hadisənin ehtiyatsızlıqdan baş verdiyini göstərir. “Ticarət mərkəzindəki partlayış terror aktı və ya qəsdən törədilmiş cinayət deyil”, – Paşinyan […]

Hulusi Akar ukraynalı həmkarı ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Lvovda baş tutan görüşdə nazirlər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Qeyd edək ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri çərçivəsində baş tutub.

Ermənilər Laçında qanunsuz yaşadıqlarını etiraf edirlər

“Bəzi xarici kütləvi informasiya vasitələrində 2013-cü ildən sonra Yaxın Şərqdən gətirilərək Laçın şəhərində qeyri-leqal məskunlaşdırılmış erməni ailələrinin evlərini tərk etməsi az qala faciə kimi təqdim edilir. Reallıqda isə Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır. Unutmayaq ki, qeyri-leqal məskunlaşma, hətta BMT konvensiyaları ilə də qadağan edilir. Əgər kimlərsə respublikaların keçmiş statistikalarına inanmırlarsa o […]

Prezident müəllimləri sevindirən fərman İMZALADI

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil […]

Ərdoğanla Zelenskinin görüşü başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Qeyd edək ki, Ərdoğanın Lvov şəhərində BMT-nin Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə üçtərəfli görüşü nəzərdə tutulub. Görüşdə Ukraynadakı son vəziyyəti və taxıl ixracı prosesi əsas müzakirə mövzusu […]

Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib. Cumhuriyyet.az CNN Türk-ə istinadən xəbər verir ki, Kiyevdən gələn bu təklif Moskva tərəfindən həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib. Lakin Lvovda keçiriləcək üçtərəfli sammit (Türkiyə-Ukrayna-BMT – red.) öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa […]

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, səfir Adum Danqay Nokur Qet etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham […]

Ərdoğan Ukraynada səfərdədir – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bir qədər əvvəl Lvov şəhərinə çatıb. Ərdoğan səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə görüş keçirəcək. *** 10:11 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayır. Cumhuriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Ankaradakı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031