“Paşinyan sabah yeni ərazilər verəcək” – İrəvanda etiraz

İrəvanda 44 günlük ikinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınları yenidən etiraz aksiyası keçirib. Onlar Baş Prokurorluqdan baş nazir Nikol Paşinyanın dərhal həbs olunması tələb ediblər. Cumhuriyyet.az xəbər verir ki, erməni valideynlər övladlarının ölümündə şəxsən Baş naziri günahkar hesab edirlər. “Paşinyan sabah görüş üçün Brüsselə gedəcək. Amma o, erməni xalqını təmsil etməməlidir, buna haqqı […]

Mişel İlham Əliyevdən sonra Paşinyanla DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığında Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçiriləcək görüşü müzakirə olunub. Bundan əlavə, tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və danışıqların səmərəli […]

Qazax Müəlimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur

ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi […]

Çin Putinin xahişini yerə salmadı – “Vostok-2022” təliminə qatılacaqlar

Çindən Rusiya lideri Putinə gözlədiyi dəstək gəlib. Cumhuriyyet.az bildirir ki, Rusiya ordusunun ev sahibliyi edəcəyi “Vostok-2022” təlimi üçün Moskvanın müttəfiqlərinə məxsus hərbi birləşmələr Rusiyaya gəlməyə başlayıb. “Agence France-Presse” (AFP) xəbər agentliyinin məlumatına görə, sentyabrın 1-dən etibarən yeddi fərqli bölgədə keçiriləcək döyüş təlimlərində Belarus, Monqolustan, Suriya, Nikaraqua, Laos və Hindistan ilə yanaşı, Çindən olan əsgərlər də […]

İlham Əliyev Sadır Japarova məktub göndərdi

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik. Ortaq tarixə, qardaşlığa […]

Bakıda sürətli marşrutlar açılacaq

Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi məqsədilə 5-i mövcud, ikisi isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) Cumhuriyyet.az-a verilən xəbərə görə, daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. […]

Şarl Mişel İlham Əliyevə zəng edib

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

Xaricdə təhsil alanların DİQQƏTİNƏ! Bu diplomlar TANINMADI

Avqust ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Cumhuriyyet.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib. Bildirilib ki, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, […]

Laçının işığı yandı – VİDEO

“Azərenerji” ASC avqustun 26-dan Azərbaycan ordusunun nəzarətinə keçmiş Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verib. Bu barədə Cumhuriyyet.az-a qurumdan bildirilib. Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enrjisi ilə təchiz edilməsi üçün təxirəsaslınmaz işlərə başlanılıb. Laçın şəhərində ermənilərin tamamilə dağıtdığı mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz […]

Mişel Əliyev-Paşinyan görüşündən YAZDI

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə hazırlıq gördüyünü bildirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Şarl Mişel tviter hesabında paylaşım edib. “Bu gün Brüsseldə növbəti dəfə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə görüşə hazırlaşırıq. Sabahkı dördüncü görüşün səmərəli keçəcəyinə inanırıq”, – deyə Mişel […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031