Qorbaçov 3 gün sonra dəfn ediləcək

SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “İnterfaks“ agentliyi Qorbaçovun qızına istinadən məlumat yayıb. Bildirilir ki, Moskvada İttifaqlar Evinin Sütunlu salonunda vida mərasimi keçiriləcək və daha sonra Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq. Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da vəfat edib.

Ceyhun Bayramov Mirzoyanla GÖRÜŞƏCƏK

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə tərəflər xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin imzalanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri […]

Brüsseldə liderlərin görüşü başa çatdı – YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. *** 15:13 Azərbaycan Respublikasının Prezidenti İlham […]

“İlkin Süleymanov ilk ifadəsində yalan danışıb” – MƏHKƏMƏ

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin 5 və 6-cı cildi tədqiq olunub. Məhkəmədə vəkil Zabil Qəhrəmanov İlkin Süleymanovun […]

Ermənilər Laçını belə yandırıb – SON GÖRÜNTÜLƏR

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatda bildirilib ki, erməni […]

Zakir Həsənov Hulusi Akarla görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdədir.  

Putin Qorbaçovun ölümündən danışdı

Dünya tarixinin gedişatına böyük təsir göstərən Qorbaçovun ölümü hamımız üçün böyük itkidir. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Şahin Mustafayev Qriqoryanla növbəti dəfə Brüsseldə görüşəcək

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının yeri açıqlanıb. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə olacaq. Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin […]

Cənnətdə qarşılanan 27-ci doğum günü

Sənədli hekayə (Bu yazı Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Şəhidi İlkin Şükürovun əziz xatirəsinə ithaf edilir) Bütün Şəhidlərin bir amalı var – Vətən sağ olsun! Vətən uğrunda ölümə gedən, “Üçrəngli Bayraq zirvələrdə dalğalansın, təki Vətən sağ olsun” deyən oğulların ömür yolu nə qədər şərəflidir, bunu hamımız bilirik. Ancaq geridə gözüyaşlı qoyduqları (ana, bacı, nişanlı, […]

Anar Kərimov Qazaxda mədəniyyət müəsisələrinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov avqustun 30-da Qazax rayonuna səfər edib. Anar Kərimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə Qazax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031