XİN-dən Anım Günü ilə əlaqədar PAYLAŞIM

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Twitter” hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib. Cumhuriyyet.az xəbər verir ki, paylaşımda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. “27 sentyabr – Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlaından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik”, – paylaşımda qeyd edilib.

Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır – Petrosyan

Bizi çətin, ağrılı qərarlar gözləyir. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə ilə heç kimin bəyənməyəcəyi müqavilələr imzalanmalıdır: “Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik” Sabiq prezident deyib ki, […]

İtaliyanın gələcək Baş naziri: “Bizə dərs verməyə çalışma, Makron!” – VİDEO

İtaliyadakı parlament seçkilərində qalib gələn sağ mərkəzçilər blokuna daxil olan “İtaliyanın qardaşları” partiyasının sədri və ölkənin mümkün gələcək baş naziri ola biləcək Corciya Meloni Fransa prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib. O, dövlət başçısını Liviyanı bombalamaqda günahlandırıb. Partiya lideri bunu Liviya ilə İtaliya arasındakı xüsusi enerji əməkdaşlığının Fransanı narahat etməsilə izah edib. “Fransa Afrikanın […]

Ərdoğan: “Məqsədimiz ən qısa zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünü mümkün qədər tez təşkil etməyi öz məqsədi hesab etdiyini bildirib. Bunu dövlət başçısı ölkənin Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bəyan edib. “Biz taxıl dəhlizinin təşkili və hərbi əsirlərin mübadiləsi ilə başlayan prosesin davam etdirilməsindən çox qürur duyuruq. İndi bizim […]

ABŞ-dan Ukraynaya 12 milyard dollarlıq yardım

ABŞ Konqresinin üzvləri Ukraynaya əlavə yardım paketinin ayrılması ilə bağlı ilkin razılığa gəliblər. Cumhuriyyet.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, yardım 12 milyard dollar təşkil edəcək. Məlumata görə, qanun layihəsinə oktyabrın 1-dək baxılacaq. ABŞ prezidenti Co Bayden sentyabrın 3-də Konqresə Ukraynaya yeni yardım paketi təqdim edib. Yardım 2023-cü maliyyə ilinin birinci rübündə veriləcək. Ağ Evin […]

Prezidentin köməkçisi ABŞ rəsmisi ilə danışıqlar apardı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib. Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Türkiyə səfirindən Anım günü PAYLAŞIMI

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı 27 sentyabr – Anım günü ilə bağlı paylaşım edib. Cumhuriyyet.az-ın xəbərinə görə, paylaşımda deyilir: “Anım günündə şəhidlərimizi qürur və ehtiramla yad edirik. Qarabağ Azərbaycandır! Şəhidlər ölməz, Vətən bölünməz”.

İlham Əliyev Putinə başsağlığı VERDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İjevsk şəhərində 88 saylı məktəbdə atəş nəticəsində uşaqların və böyüklərin ölümü ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.   Cumhuriyyet.az xəbər verir ki, dövlətimizin başçısı İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbərinin onu dərindən sarsıtdığını bildirib.   Prezident İlham Əliyev Azərbaycan […]

Bayden Makronla görüşəcək, Ukrayna müzakirə ediləcək

ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla görüşəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jen-Pyer məlumat verib. Görüş dekabr ayının 1-də ABŞ-da baş tutacaq. Liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Rusiya raket qoşunlarının rəisi ÖLDÜRÜLDÜ

Ukraynada Rusiya ordusunun yüksəkrütbəli zabiti öldürülüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikov həlak olub. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Boris Totikovun olduğu qərargahı HİMARS raketləri ilə vurub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930