Anım günündə Milli Birliyin daha bir təntənəsi

27 sentyabr-Anım Gününün ikinci ildönümünü Azərbaycan vətən uğrunda şəhid olan qəhrəmanlarını hüznlə və ehtiramla yad etdi. Amma bu kədər ehtiramı həm də qürurlu idi. İkinci Qarabağ savaşının şəhid qəhrəmanları Azərbaycan tarixinda bundan sonra dünya durduqca ucalığını, möhtəşəmliyini qoruyub saxlayacaq Qələbə və Qürur abidəsi yaratdılar. Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin Anım günündə Füzuli rayonuna səfər […]

Ərdoğandan Yunanıstana növbəti XƏBƏRDARLIQ

“Rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək”. Cumhuriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Yunanıstanı Türkiyəyə qarşı təhrik edənlərin niyyətini yaxşı başa düşür: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”. Ərdoğan növbəti dəfə Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək […]

Prezident və birinci xanım Füzulidə – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında paylaşım edib. Paylaşımda qeyd olunub: “Anım Günü. Füzuli rayonu. 27.09.2022”.

ABŞ Ermənistana silah satışını müzakirə edir

Amerika siyasətçiləri ilk dəfə olaraq Ermənistana silah satmaq imkanını nəzərdən keçirirlər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) sosial şəbəkə hesablarında məlumat yayıb. “1991-ci ildə Ermənistanın müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər silah satışını müzakirə edirlər. Konqresdəki hər iki partiya bunun üçün təyziq edib”, – ANCA bildirib.

İlham Əliyev və birinci xanım şəhidlərin xatirəsini andılar

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Cumhuriyyet.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Azərbaycan Prezidenti burada çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban […]

Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək

“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanılıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”. Cumhuriyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib. O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir. “Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, – icra başçısı qeyd edib. O, […]

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcək? – ABŞ-dan açıqlama

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ay ikinci görüşünün təşkil edilməsi ilə bağlı qərarı ölkələr özləri verəcək”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün keçirdiyi mətbuat konfransında deyib: “Amma biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında birbaşa əlaqənin davam etdirilməsi təkcə onların maraqlarına uyğun deyil, bu, […]

“Diaspor haqqında” yeni qanun layihəsi HAZIRDIR

“Diaspor haqqında” yeni qanun layihəsi üzərində işlər demək olar ki, tamamlanıb”. Cumhuriyyet.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. “Qanunda diaspor təşkilatlarının hüquqi tənzimlənməsi ilə bağlı məsələ yer alacaq. Biz istəyirik ki, Azərbaycan Evlərinin fəaliyyəti də qanunla tənzimlənsin”, – deyə […]

ABŞ-dan Azərbaycan və Ermənistana növbəti ÇAĞIRIŞ

“Hər iki tərəfi bir araya gətirmək bizim üçün vacib idi”.   Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün keçirdiyi mətbuat konfransında dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüşünə dair suala cavabında deyib.   “İki nazirlə söhbətlər olub. Bu, iki xarici işlər nazirlərinin son […]

Türkiyə səfirliyindən Anım Günü PAYLAŞIMI

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Cumhuriyyet.az səfirliyin tviter səhifəsindəki paylaşımın mətnini təqdim edir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini anır, Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik. Qarabağ Azərbaycandır!”. Qeyd edək ki, bu gün Vətən Müharibəsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930