Hər sərhəd məntəqəsində bayrağımız dalğalanacaq

“Hər sərhəd məntəqəsində Azərbaycan bayrağı dalğalanacaq”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. “Bu gün Azərbaycan torpaqları uğrunda ordunun canından keçən hərbçilərin anım günüdür. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Hər gün 10 minlərlə insan […]

Tokayev Rusiyadan Qazaxıstana qaçanlardan danışdı

Rəsmi Astana səfərbərlikdən yayınaraq Qazaxıstana gələn rusların artması problemini həll etmək üçün Moskva ilə danışıqlar aparacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev bildirib. “Son günlər Rusiyadan bizə çoxlu adamlar gəlir. Onların əksəriyyəti indiki ümidsiz vəziyyətə görə buna məcburdur. Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən göstəriş verdim […]

“Müharibəyə getməyə hazıram” – Timati

39 yaşlı rusiyalı reper Timati qismən səfərbərlik elanından sonra Rusiyadan qaçması ilə bağlı iddialara sosial şəbəkə hesabında cavab verib. Cumhuriyyet.az-ın məlumatına görə, Özbəkistana gedən reper artıq Moskvaya qayıdıb. “Mən Moskvadayam. Evdəyəm. Heç yerə mühacirət etmək fikrim yox idi və planlaşdırmıram, mənim yerim buradadır”, – Timati deyib. O bildirib ki, lazım olduğu təqdirdə müharibəyə yollanmağa hazırdır.

Paşinyan KTMT-ni Rusiyanın düşməninə SATDI

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Stanislav Zası İrəvanda qəbul etməkdən imtina edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin məlumatına görə, baş katib İrəvanda səfərdə olarkən Nikol Paşinyan ilə görüşməli idi, amma Ermənistan rəhbəri bu görüşdən imtina edib: “Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın […]

Ermənistandakı kürd terrorçular Türkiyənin əlinə neçə keçdi? – İrəvan çalxalanır

Bir müddət əvvəl Ermənistanda saxlanılan iki PKK terrorçusunun (Atilla Çiçek və Hüseyn Yıldırım) ötən həftə Türkiyəyə verilməsi barədə yayılan məlumatlar erməni ictimai-siyasi dairələrində ajiotaja səbəb olub. Yerli media iki gündür bu məsələnin üstünə düşüb, araşdırma aparır. Sosial şəbəkələrin erməni seqmentində də bu faktla bağlı çox sayda müzakirələr açılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi […]

DTX-dan Anım Günü paylaşımı – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 sentyabr – Anım Günü ilə bağlı videoçarx yayıb. Cumhuriyyet.az-ın xəbərinə görə, videoçarx DTX-nin tviter səhifəsində paylaşılıb. “27 sentyabr – Azərbaycan Anım Günüdür. Uca tanrıdan Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik!”, – paylaşımda qeyd olunub.

Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər nə vaxt hazır olacaq? – RƏSMİ

“Qarabağın işğaldan azad edilən ərazilərində yeni məktəblər tikilir”. Cumhuriyyet.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanılıb: “Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.

Azərbaycan nefti 89 dollara düşdü

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Cumhuriyyet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 dollar azalaraq 89,07 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Şuşada şəhidlərin xatirəsinə namaz qılındı – FOTO

Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Şuşada namaz qılınıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli feysbuk hesabında paylaşım edib. Namaz Yuxarı Gövhərağa məscidində qılınıb. “Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, – deyə Hacı Şahin bildirib. Qeyd edək ki, bu gün Vətən […]

“Əmanət” layihəsi Anım Günü ilə bağlı görüş keçirib

“ƏMANƏT – Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi”nin müəllim və idarə heyəti Anım Günü ilə əlaqədar şəhidlərimizin məzarlarını ziyarət edib. Qeyd edək ki, hal-hazırda layihədə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda bacı və qardaşları, həyat yoldaşları təhsil alır. 150-ə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir. 44 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930