Ukrayna Anna Semenoviçi qara siyahıya salıb

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Ukrayna Təhlükəsizlik Xidmətinin təklifi ilə rusiyalı müğənni Anna Semenoviçin adını milli təhlükəsizliyə təhdid yaradan şəxslərin siyahısına daxil edib. Bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müğənni siyahıda 158-ci yerdədir. Anna Semenoviçə Ukraynaya giriş qadağan edilib. Buna səbəb onun müharibədə iştirak edən rusiyalı hərbçilərinə baş çəkməsi […]

Nazir “Şimal axını”nı ilə bağlı brifinqdə huşunu itirdi

Finlandiya Daxili İşlər naziri “Şimal axını”nda fövqəladə vəziyyətlə bağlı brifinqdə huşunu itirib. Krista Mikkonen “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə dəyən ziyanla bağlı keçirdiyi mətbuat konfransında birdən-birə halı pisləşib. Cumhuriyyet.az xarici mətbuata istinadən bildirir ki, hal-hazırda nazirin durumu stabildir. Köşə yazarı Lauri Nurmi baş nazir Sanna Marinə hökumətin Ukraynanı dəstəyi və silahlandırma hazırlıqları […]

Zelenski Quterreşlə Zaporojyedəki vəziyyəti müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Zaporojye AES-də yaranmış vəziyyət müzakirə olunub. Zelenski Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı mövqeyinə görə Quterreşə təşəkkür edib.

Türkiyə Ermənistanın təxribatını PİSLƏDİ

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, iclasda Ukrayna, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Yunanıstanla gərginlik və digər mövzular müzakirə edilib. Görüşdən sonra yayılan bəyanatda Ermənistanın Azərbaycana qarşı təxribatı pislənilib. Bildirilib ki, Ermənistan ona verilən sülh fürsətindən istifadə etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bəyanatda Kipr türklərinin hüquqlarının müdafiəsi fəaliyyətlərinin davam […]

Rusiyanı tərk edin! – Daha bir ölkədən ÇAĞIRIŞ

Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib. “Rusiyanı mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”, – nazir deyib. Qeyd edək ki, bundan əvvəl ABŞ və Polşa vətəndaşlarını Rusiyadan çıxmağa çağırıb.

Ermənistanın yaydığı bu məlumat YALANDIR

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. “Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, […]

Yeni baş nazir Zelenskiyə SÖZ VERDİ

Böyük Britaniyanın Baş naziri Liz Trass və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. Trass söhbət zamanı Britaniyanın Ukraynaya davamlı dəstəyini ifadə edib. Baş nazir açıq şəkildə bildirib ki, Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq. Zelenski isə Baş naziri hazırkı hərbi […]

Prezidentdən Lukaşenkonun Abxaziyaya səfərinə ETİRAZ

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, özünün Twitter hesabında paylaşım edib. Zurabişvili səfərin beynəlxalq hüquqa zidd olduğunu bildirib. O, həmçinin bu addımın Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb. Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə […]

Şolts Zelenskiyə vədlər verdi

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib. Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar. Şolts bəyan edib ki, Almaniya Ukraynaya […]

Almaniya Ukraynaya yeni hərbi yardım paketini AÇIQLADI

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir. Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya döyüş tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930