Ərdoğan Putinlə telefon danışığı APARDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Bildirilir ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Hərbiçilərimiz Oklohomada ABŞ hərbçiləri ilə görüşdü

Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülki şəxslər və hərbçi həmkarları ilə görüşlər […]

Türkiyə Şimali Kiprə qoşun və silah göndərəcək

Türkiyə Şimali Kiprə silah və hərbi kontingent göndərə bilər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O bildirib ki, bu barədə qərar ABŞ-ın Kiprə qarşı tətbiq edilən silah embarqosunun ləğvinə cavab olaraq qəbul edilə bilər. “Kipr türklərini qorumaq məqsədi ilə oraya daha çox ordu göndərəcəyik və silah olaraq […]

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Azərbaycanın Rusiyadan idxal etdiyi toxumluq kartof məhsullarında çürüməyə səbəb olan orqanizm aşkarlanıb. Bu barədə Cumhuriyyet.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy […]

Ermənistan normallaşma prosesinə maneçilik törədir – Nazir

29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüş keçirib.   XİN-dən Cumhuriyyet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar […]

Zaxarova Paşinyana cavab verdi: “Reallığı xəyalla əvəz etmək olmaz”

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, Zaxarova üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, razılaşmalarda nəzəriyyə və praktika, gələcək planlar var və sənədlər sadəcə vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzunsürən tarixi […]

Prezident “Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik etdi

Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əsasnaməsi”ndə dəyişiklik edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaların ƏMDX-nın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə edilməsinə icazə verilib.

Millət vəkili Səməd Seyidov Qazaxda şəhid ailələri ilə görüşüb

Sentyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüblər. Qazax rayonunun Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Hüseynbəyli kəndlərindəki Şəhidlər xiyabanlarında keçirilən görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid […]

Parlament Vətən müharibəsi ilə bağlı bəyanat yayacaq

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat yayacaq. Cumhuriyyet.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının sabah keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatını müzakirə edəcəklər.

Ərdoğan Putinlə nə vaxt danışacağını AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam Rusiya lideri Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib. Cumhuriyyet.az xəbər verir ki, Ərdoğan Putinlə Ukrayna ətrafındakı vəziyyəti qiymətləndirmək niyyətində olduğunu qeyd edib. Bundan əvvəl Ərdoğan cümə axşamı Putinlə telefon danışığına ümid etdiyini bildirmişdi. “Belə bir söhbət hazırlanır”,- deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930