“Tərtər işi”ndə bəraət almış hərbçilərin ADLARI

  “Tərtər işi” üzrə yenilənmiş istintaq çərçivəsində barələrində cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmiş 18 nəfərin adları və rütbələri açıqlanıb.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə vəkil Rəsul Cəfərov məlumat yayıb.   Bəraət almış hərbi qulluqçuların adları və rütbələri:   Polkovnik-leytenant Hidayətov Seymur   Polkovnik-leytenant Mustafayev Ramin   Mayor Xamıyev Elşən   Mayor Ağayev […]

Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisinin “Vivamed” özəl klinikasında keçirilən sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclası zamanı huşunu itirib. Bu barədə çərşənbə günü jurnalistlərə siyasətçinin amerikalı vəkili Massimo Danqelo məlumat verib. “Bu gün bizə məlum oldu ki, prezident Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu […]

Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək – Putindən FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Kreml Sarayının saytında dərc olunan fərmanda Zaporojye AES-in fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib. Fərmanda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib. Qeyd edək ki, Ukraynanın […]

Ordumuzun mövqeləri atəşə tutuldu – Rəsmi

Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik

Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik yaşanıb. Buna səbəb Ukraynanın Astanadakı səfirinin sözləri olub. Cumhuriyyet.azxəbər verir ki, gərginlik Ukrayna səfirinin avqustda Astanada dediyi “qatil ruslar” ilə bağlı sözlərindən sonra yaranıb. Rəsmi Moskva Ukrayna səfirinin ölkədən birdəfəlik geri göndəriləcəyinə ümid edirdi. Çox güman ki, Rusiya tələb etdiyi qədər tez olmasa da, bu baş verəcək. Qazaxıstan rəhbərliyi […]

Bayramov: “Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”

“2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib. “Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb”, – deyə paylaşımda […]

Azərbaycan televiziya kanallarına XƏBƏRDARLIQ

Azərbaycan Respublikası Audiovizual Şurası “ATV” və “MTV” kanallarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib. Belə ki, bu gün Şuranın onlayn formatda iclası keçirilib. İclasda “ATV” və “MTV” kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub. İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının “ATV” redaksiyasının (kanalının) efirində […]

Qazaxda məktəb direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib

Oktyabrın 4-də Qazaxda 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin, məktəb direktorlarının, müavinlərin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Rayon Prokuroru […]

Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ

Hər bir xalqın yaratdığı mifologiya onun düşüncəsinin məhsulu, dəyərlər sisteminin təzahürüdür. Bu mənada mifik düşüncəmizin, millət olaraq dünyabaxışımızın ensiklopediyası sayıla biləcək “Kitabi Dədə Qorqud” bizim üçün hər zaman aktual olan bir mayakdır. Xalq, dövlət olaraq var olmanın şərti kimi göstərilən bir prinsip var: Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı […]

Ağdamda ilk Milli Şəhərsalma Forumu başlayıb, tədbirdə Prezident İlham Əliyev çıxış edir

Ağdamda ilk Milli Şəhərsalma Forumu başlayıb, tədbirdə Prezident İlham Əliyev çıxış edir Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31