Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Cumhuriyyet.az xəbər verir ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət katibi, həmçinin […]

Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir” – FOTO

Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, bu hücumlar müharibə cinayətidir. “Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik” – Mişel vurğulayıb. Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və […]

Mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub – RƏSMİ

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun […]

İlham Əliyev 2 vacib FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, fərmanda qeyd olunur: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 […]

Vüsal Kərimlinin tender əməliyyatları: BNA “Techmaster” MMC-ni niyə seçib

Bakı Nəqliyyat Agentliyinin (BNA) iri məbləğli tenderlərinin əsas qalibi “Techmaster ” MMC-dir. Reportyor.info xəbər verir ki, 2020-2022-ci illərdə BNA ilə şirkət arasında bağlanmış satınalmış müqavilələrinin toplam maliyyə dəyəri 14 348 469.34 AZN təşkil edir. 2020-ci ildə BNA ilə şirkət arasında 3 satınalma müqaviləsi imzalanıb. Maliyyə dəyəri 4 509 927.13 AZN təşkil edən müqavilədə yeni işıqfor […]

“Bu, şou deyil, ölümümüzü seyr etməyin!” – Ukraynadan SƏRT ÇAĞIRIŞ

Ukrayna Rusiyanın Kiyevə raket hücumları ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. Cumhuriyyet.az xəbər verir ki, Ukrayna daxili işlər naziri Anton Qeraşşenko Kiyevə təcili kömək lazım olduğunu bildirib. Qeraşşenko hava hücumundan müdafiə sistemlərinə və döyüş təyyarələrinə ehtiyacları olduğunu xüsusilə vurğulayıb: “Ölümümüzü seyr etməyin bu, şou deyil, bizim həyatımızdır, hərəkətə keçin. Sağ qalmağımıza, qalib gəlməyimizə kömək edin! […]

Azərbaycanda dönər BAHALAŞDI

Dönər üçün nəzərdə tutulan toyuq ətinin qiyməti bahalaşıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Trend-ə bazardakı mənbələr məlumat verib. Əvvəlki vaxtlarda dönər üçün nəzərdə tutulan toyuq ətinin bir kiloqramı üçün qiymət 5 – 5,50 manat dəyişirdi. Hazırda isə 10 gündür ki toyuq ətinin bir kiloqramı 6 manat 50 qəpiyə satılır. Qiymət artımı ilə əlaqədar paytaxtda […]

İlham Əliyevin Moldovanın Baş naziri ilə təkbətək görüşü oldu – FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: “Ordumuz hər an cavab verməyə hazırdır”

“Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdidinə qətiyyətlə cavab verməyə hər an hazırdır”. Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda […]

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31