Hulusi Akar Şoyqu ilə Ukraynanı müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumat Türkiyə tərəfi yayıb. Tərəflər Ukrayna və Suriya başda olmaqla ikitərəfli və regional məsələləri müzakirə edilib. Hulusi Akar daha çox insan ölümünün qarşısının alınması, regionda sülh və sabitliyin bərqərar olması üçün atəşkəsin vacibliyini vurğulayıb.

Belarus Ukrayna ilə sərhədə əlavə hərbi texnika toplayır

Belarus Ukrayna ilə dövlət sərhədinin 17 km-liyində yerləşən Qomel vilayətinin Yelsk rayonuna əlavə hərbi texnika yığır. Cumhuriyyet.az UNIAN-a istinadən xəbər verir ki, bunu “Belaruski Qayun” monitorinq qrupu bildirib. Məlumata görə, Yelskin Dövlət Avtomobil Müfəttişliyi və İcraiyyə Komitəsinin binası yaxınlığında tezliklə hərbi təlim keçiriləcək. Bildirilib ki, oktyabrın 12-də şəhərə əlavə hərbi texnika karvanının gətiriləcəyi gözlənilir. Bununla […]

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər

Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanda daha 3 nəfər koronavirusdan ÖLDÜ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 şəxs vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 822 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər […]

Bu sahələrdə çalışanların çoxu qadınlardır – STATİSTİKA

Azərbaycanda muzdlu işçilərin çoxu kişilər olsa da, bəzi fəaliyyət növləri üzrə işçilərin daha çox hissəsini qadınlar təşkil edir. Cumhuriyyet.az xəbər verir ki, işçilərinin çoxu qadınlardan ibarət olan fəaliyyət növlərinin sayı 3-dür. Rəsmi məlumatlara əsasən, təhsil, səhiyyə və sosial xidmətlər, həmçinin istirahət, əyləncə və incəsənət sahəsində işləyənlərin çox hissəsi qadınlardır. Təhsil sahəsində 333,66 min işçi çalışır. […]

İlham Əliyevlə Sadır Japarov arasında GÖRÜŞ BAŞLADI

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarovun iştirakı ilə “Ala-Arça” dövlət iqamətgahında görüş başlayıb. Cumhuriyyet.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, görüş Prezident İlham Əliyevin təntənəli qarşılanma mərasimindən sonra başlayıb. Görüşün yekunu olaraq bir sıra sənədlər imzalanacaq, dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.

Baş nazirdən həkimlərin maaşı ilə bağlı QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək. Əvvəl bu müddət 2022-ci il sentyabrın […]

“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı

“11 min manatlıq birdəfə ödəmə kart hesabındadır. Pulu kartdan çıxarmamışam. Elə orada qalıb”. Cumhuriyyet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında son döyüşlər zamanı şəhid olan hərbçi Səbuhi Məmmədovun qardaşı Sənan Məmmədov deyib. O, 11 min manatın şəhidin “qan pulu” olduğunu söyləyib və həmin vəsaiti şəxsi ehtiyacı üçün xərcləməyəcəyini bildirib: “O pula əlimi də vurmaram və […]

Prezidentin Qırğızıstan səfəri BAŞLADI – YENİLƏNDİ + FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb. *** 11:19 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində […]

Şakiradan iranlı qadınlara dəstək – FOTO

Dünyaca tanınmış ifaçı Şakira İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara dəstəyini bildirib. Cumhuriyyet.az-ın məlumatına görə, o, bununla bağlı özünün “Twitter” hesabında paylaşım edib. Belə ki, kolumbiyalı müğənni “tweet”ində Məhsa Əmininin şəklini paylaşıb və iranlı qadınların yanında olduğunu bildirib. “Ürəyim Məhsa Əmininin ailəsi, İran qadınları və məktəbli qızları, həmçinin azadlığı uğrunda mübarizə aparan hər kəslədir”, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31