Dubay şeyxi ilə evli olmuş azərbaycanlı ana BMT-dən kömək istəyir

Dubayın hakim ailə üzvünün keçmiş həyat yoldaşının vəkilləri BMT-nin İnsan Hüquqları Şurasına müraciət ediblər. Onlar Zeynəb Cavadlı və onun uşaqlarının təhlükəsizliyini təmin etmək üçün Şuranın işə müdaxiləsini istəyirlər. İddia olunur ki, xanım Cavadlı şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumla qəyyumluqla bağlı mübahisə zamanı hakimiyyət tərəfindən təzyiq, təqib və hədə-qorxuya məruz qalıb.Şeyxin vəkilləri xanım Cavadlının […]

Laçında tarixi abidələrlə bağlı işlərə başlanıldı

Laçında tarix-memarlıq abidələrinin ilkin inventarlaşdırılma və monitorinq tədbirlərinə başlanılıb. Bu barədə Cumhuriyyet.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. İşlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən aparılır.

“Rusiya Türkiyədə böyük qaz mərkəzi qura bilər” – Putin

“Rusiya Türkiyədə böyük təbii qaz mərkəzi qura bilər”. Cumhuriyyet.az xəbər verir ki, bu haqda açıqlamanı Moskvada 3 gün davam edəcək Rusiya Enerji Həftəsi Forumunun açılışında çıxış edən Pezident Vladimir Putin verib. O qeyd edib ki, “Şimal axını” boru kəmərlərindəki nasazlıqlar təxribatdır və burada məqsəd Rusiya ilə Avropa arasında münasibətləri pozmaqdır. Putin təxribatlar nəticəsində yaranacaq itkinin […]

2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

Bəzi diplomatik mənbələr iddia edirlər ki, 2023-cü il Nobel Sülh Mükafatının sülh sazişini imzalayacaqları təqdirdə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təqdim olunmasına qərar verilib.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.   “İstisna edilmir ki, bu şayiələr buraxılır, belə ki, geosiyasi mərkəzlər tezliklə sülh müqaviləsinin […]

Bayden Zelenskiyə xəbərdarlıq etdi

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini Vaşinqtonun Kiyevə kifayət qədər yardım göstərməməsi barədə şikayətlərini dayandırmağa çağırıb.   Mənbə bu barədə Ağ evin sabiq əməkdaşlarından birinə istinadən məlumat yayıb.   Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatlar başlayanda V.Zelenski dəfələrlə ABŞ-ı Ukraynaya silah tədarükünü artırmağa, habelə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.   Ətraflı “Baxmayaraq ki, […]

Sumqayıtda insan alveri mövzusunda həyata keçirdilən layihə uğurla davam edir

Bu ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsinin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi Sumqayıt şəhəri və ona yaxın  əhali arasında insan alveri barədə maarifləndirmə […]

Prezident Qazaxıstana GETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gedib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlət başçısını Qazaxıstanın Baş naziri Əlixan […]

Azərbaycanda bu şəxslər 300 manatadək CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olun. Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli […]

Qazaxlı gənclər Vətən müharibəsi qaziləri ilə görüşüb

Oktyabrın 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatı və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü keçirilib. Qazax Gənclər evində təşkil olunmuş görüşdə ümumilikdə 71 nəfər iştirak edib. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi […]

Qırğızıstan-Azərbaycan Dostluq Parkı AÇILDI

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Cumhuriyyet.az xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər. Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər. Prezidentlər tədbirdə çıxış etdilər. Qırğız Respublikasının Prezidenti Sadır Japarov dedi: -Hörmətli İlham Heydər oğlu. Hörmətli qonaqlar, dəyərli dostlar. Sizi Qırğız […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31