Mirzoyan: “Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram”

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram”. “Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O bildirib ki, İrəvan Ankara ilə dialoqla bağlı mövqeyini həmişə açıq şəkildə bəyan edib: “Ermənistan bu dialoqun uğurla nəticələndiyini görməkdə maraqlıdır. Görüşlərdə tərəflər diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətində dürüst və ciddi addımlara hazır […]

Şimali Kipr prezidenti Azərbaycanın Müstəqillik Gününü təbrik etdi

“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviterində yazıb. O, Azərbaycan dövlətini və xalqını təbrik edib. “Can Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ən səmimi arzularla təbrik edir, Azərbaycan xalqına öz adımdan və […]

“Google” erməni saxtakarlığının qarşısını belə aldı – FOTOFAKT

“Google” erməni saxtakarlığının qarşısını alıb. Cumhuriyyet.az bildirir ki, bu barədə azərbaycanşünas Qarnik Davtyan öz “Facebook” səhifəsində yazıb. O, qondarma adların xəritədən çıxarıldığını deyib. Yəni, Akna-Ağdam, Varanda-Füzuli, Kovskana- Zəngilan, Karvaçar- Kəlbəcər olub. ”Onlar uzun müddətdir, bu məsələ ilə məşğuldurlar. Hətta ötən il yerlərin adlarının dəyişdirilməsi ilə bağlı “Google”a rəsmi müraciət ediblər” – Davtyan bildirib. Məlumata görə, […]

Azərbaycan və Əlcəzair BU ŞƏXSLƏRİ viza tələbindən azad edir

Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara pasportlara malik şəxsləri viza tələbindən azad edir. Cumhuriyyet.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən […]

“Şuşaya gedib nə edəcəyəm ki?” – İcra başçısı

“Şuşanın Baş Planı ilə bağlı məlumatım yoxdur. Şuşanın Baş Planını mənimlə müzakirə etməli deyillər, çünki mən nə memaram, nə də heykəltaraş, mən icra başçısıyam. Baş Planın hazırlanmasının icra başçısına heç bir aidiyyəti yoxdur”. Cumhuriyyet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. Şuşanın icra başçısı işğaldan azad olunandan sonra […]

Prezidentdən güzəştli ipoteka kreditləri ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb. Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış […]

Azərbaycan İtaliyaya yeni səfir təyin etdi – SƏRƏNCAM

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq […]

Prezident onu səfir TƏYİN ETDİ

Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyev Anar İmanova VƏZİFƏ VERDİ – SƏRƏNCAM

Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  

Bakıda bu yollar təmir ediləcək – Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31