Azərbaycanın qeyri-neft ixracı 16%-dən çox artıb

Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr ayları üzrə qeyri-neft ixracının statistikası açıqlanıb. Cumhuriyyet.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 385,99 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,2% çoxdur. Təkcə cari ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik ifadədə 10,5% artaraq 269,15 mln. ABŞ dollarını ötüb. […]

Sübhan Bəkirova vitse-admiral rütbəsi verilib

Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezident Mayis Bərxudarova general-leytenant rütbəsi verib

General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Nazir: Ermənistanda doğum səviyyəsi kəskin azalıb

Erməni ailələrində birinci və ikinci uşaqların doğum sayı azalıb, lakin üçüncü və dördüncü uşaqların doğum sayı artıb. Cumhuriyyet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial müdafiə naziri Narek Mkrtçyan parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Nazir onu da qeyd edib ki, bu proqnoz 44 günlük müharibənin nəticələrinə əsaslanaraq tərtib olunub. O […]

Hacıqabulda yol tikintisinə 12 milyon manat ayrılıb

Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya […]

Zelenski ruspərəst partiyaların bağlanması ilə bağlı narahatlığa sərt cavab verib

“Əgər Brüssel Ukraynadakı ruspərəst partiyaların qanunsuz elan edilməsindən narahatdırsa onlar üçün Brüsseldə yer eləsin.” Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “El Pais”ə müsahibəsində müharibə dövründə Ukrayna tərəfindən qanunsuz elan edilmiş və Rusiyanın agentləri olmaqda ittiham olunan rusiyapərəst partiyalar barədə suala cavablandırarkən deyib. Jurnalist bildirib ki, bu məsələ Avropanın solçu partiyaları arasında […]

Hulusi Akar İstanbulda Stoltenberqlə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün NATO-nun Baş katibi Yens Stoltenberqlə İstanbulda görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter“də yazıb. “Milli Müdafiə naziri Hulusi Akar bu gün ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə İstanbulda görüşüb” – qeyd olunub.

Azərbaycana səfəri təxirə düşən İran parlamentinin sədri İrəvana gedəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistana gedəcək. Cumhuriyyet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat katibi bildirib. O qeyd edib ki, Məhəmməd Baqir Qalibaf Ermənistana səfər dəvət olunub. O, konkret vaxtı açıqlamayıb. Qeyd edək ki, Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb.(apa)

Türkiyə ilə Azərbaycan arasında Fəaliyyət Planı imzalanıb – FOTO

Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində 2023-2025-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Cumhuriyyet.az xəbər verir ki, imzalanma mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İstanbula səfəri çərçivəsində baş tutub. Türkiyə və Azərbaycanın birgə hazırladığı Fəaliyyət Planında ailə, qadın və uşaqlarla bağlı birgə fəaliyyətlərin həyata […]

İran prezidenti Baydenə cavab verib

İran prezident İbrahim Rəisi Co Baydenə cavab verib. Cumhuriyyet.az İRNA-ya istinadən xəbər verir ki, Rəisi Baydenə İranın 43 il əvvəl azad olduğunu xatırladıb. “ABŞ prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub”, – İran prezidenti əlavə edib. O qeyd edib ki, İran ABŞ-ın əsiri olmayacaq, ölkəsi ABŞ əsarətində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930