“Tərtər işi” ilə bağlı 7 nəfərin işi yenidən istintaqa qaytarıldı

“Tərtər işi” ilə bağlı 7 nəfərin məhkəmə prosesi başa çatıb. Cumhuriyyet.az xəbər verir ki, Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” çərçivəsində Babayev Orxan Nəriman oğlunun, Aibov Emin Hörmət oğlunun, Abdullayev Zaur Akif oğlunun, Xəlilov Vəli Savxoz oğlunun, Rzayev Nicat Qabil oğlunun, Quluzadə Natiq Altay oğlunun, Tanrıverdizadə Yalçın Əmir oğlunun məhkəməsi yekunlaşıb. İş baxılması üçün yenidən istintaqa […]

Qəfil vəfat edən hərbçimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu ürək çatışmazlığından vəfat edib. Müdafiə Nazirliyi onun məzuniyyətdə olarkən, noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib. Cumhuriyyet.az Baxışov Cavan Cavanşir oğlunun fotolarını təqdim edir:

Prezident Özbəkistanda SƏFƏRDƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov […]

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib. Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək. Qeyd edək ki, A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.

Hərbçimiz qəfil VƏFAT ETDİ – RƏSMİ

“Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!”

Ərdoğan: “Putinlə bir-birimizə inanırıq”

“Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, “taxıl sazişi” də bərpa olunmazdı”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: “Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk”. Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı […]

Sabah rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi […]

Rəşad Dağlı prokurorluqdan hadisə yerinə APARILDI – YENİLƏNİB + VİDEO

Rəşad Dağlı prokurorluqdan hadisə yerinə aparılıb. *** 11:48 Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, hazırda Qaradağ Rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Ərdoğandan Rusiya ordusunun Xersondan çıxmasına REAKSİYA

“Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, “taxıl sazişi” də bərpa olunmazdı”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib:”Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk”. Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi […]

Azərbaycan XİN başçısı Atatürklə bağlı paylaşım edib

“Bu gün Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən qardaş Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür”. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb. “Türk dünyasının böyük oğlu Atatürkün əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq”, – o bildirib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930