Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məktəbdaxili qiymətləndirmələr rəqəmsallaşdırılır

Ötən tədris ilindən pilot olaraq tətbiqinə başlanılmış məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesi davam edir. 2021-2022-ci tədris ilindən fərqli olaraq cari tədris ilində kiçik summativ qiymətləndirmələrin də rəqəmsal təşkilinə başlanılıb. Bu barədə Cumhuriyyet.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, […]

Nazir uşaq pulu məsələsinə münasibət bildirib

“Uşaq pulu ilə bağlı dəfələrdə açıqlama vermişəm bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. “Həmin həssas uşaqlar ünvanlı sosial yardım alır, […]

BMT Baş katibi: Noyabrın ortalarında dünya əhalisi 8 milyarda çatacaq

BMT-nin baş katibi Antonio Quterreş “8 milyard insan, bir bəşəriyyət” çağırışı ilə çıxış edib. Cumhuriyyet.az həmin çağırışın mətnini təqdim edir. “Noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyarda çatacaq – bu, qidalanma, ictimai sağlamlıq və sanitariya sahəsində elmi nailiyyətlər və təkmilləşdirmələrin sübutudur. Ancaq bəşəri ailəmiz böyüdükcə onun bölünməsi də güclənir. Milyardlarla insan çətinliklər içində yaşayır; yüz […]

Mehriban Əliyeva Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannaməni imzaladı

Noyabrın 11-də Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb. Cumhuriyyet.az xəbər verir ki, Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar. Bəyannamədə Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki […]

birinci xanımı Səmərqənddə təşkil olunan naharda iştirak edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə təşkil olunan naharda iştirak edib. Cumhuriyyet.az xəbər verir ki, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan naharda iştirak […]

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

11 noyabr 2022-ci il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Cumhuriyyet.az-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə, son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı […]

Aİ Qarabağda atəşkəsin ildönümü ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Qarabağda atəşkəsin ildönümü ilə bağlı bəyanat yayıb. Cumhuriyyet.az xəbər verir ki, bəyanatda Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini davam etdirəcəyi bildirilib. Xəbər yenilənəcək…

Qüdrət Həsənquliyev: Cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalıdır

Cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalıdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. “Həmin müəssisələri yeri hərraca çıxarılıb satılsa, onu pulu ilə Bakının kənarında müasir standartlara cavab verən […]

Azərbaycanda inflyasiya 13,7% təşkil edib

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 13,7% təşkil edib. Cumhuriyyet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 %, qeyri-ərzaq məhsulları üzrə 107,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930