Zelenski Xersona getdi

Ukrayna prezidenti Volodimir Zelenski Xersonda səfərdədir. Cumhuriyyet.az xəbər verir ki, Zelenski döyüşçülər qarşısında çıxış edəcək. Qeyd edək ki, noyabrın 11-də Ukrayna ordusu Xersona girmişdi. Bu, işğaldan sonra Zelenskinin həmin əraziyə ilk səfəridir.

Ərdoğan Putinlə danışacaq

“Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tuta bilər”. Cumhuriyyet.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Cumhuriyyet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən […]

Ordumuzun mövqeləri atəşə tutulub

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, noyabrın 14-ü saat 4:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən […]

Ərdoğan indoneziyalı həmkarı ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla indoneziyalı həmkarı Coko Vidodo arasında görüş olub. Cumhuriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğanın Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətləri nəzərdən keçiriblər. Həmçinin rəsmi Ankara ilə Cakarta arasında əməkdaşlığın(report)

İsveç XİN İrana sanksiyaların tətbiq olunmasını vacib sayır

“İrana qarşı sankiyaların tətbiq olunmasını vacib hesab edirəm”. Cumhuriyyet.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib. “Rusiyanın Ukraynada istifadə etdiyi dronların İran tərəfindən bu ölkəyə satılması ilə bağlı İran hökumətinə qarşı irəli sürülən ciddi ittihalar elə bir məsələsdir ki, biz buna diqqət yetirməlliyik. […]

Rəşad Dağlı apellyasiya şikayəti verəcək? – Yaxınları AÇIQLADI

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) apellyasiya şikayəti vermək niyyətində deyil. Cumhuriyyet.az xəbər verir ki, bu barədə report-a Rəşad Dağlının yaxınları bildirib. Qeyd edilib ki, Qaradağ Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilməyəcək: “Hazırda Rəşadın səhhəti normaldır. İstintaq davam edir”. Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ […]

DTX-dən ƏMƏLİYYAT: İranın casus şəbkəsi İFŞA EDİLDİ – VİDEO

İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Cumhuriyyet.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinə istinadən məlumatına görə, həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən […]

Rəşad Dağlı üçün azərbaycanlı iş adamı 10 min dollarından KEÇDİ

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) ailəsinə bir çox azərbaycanlılar yardım etmək niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, belə həmyerlilərimizdən biri Gürcüstanda yasayan azərbaycanlı iş adamıdır. Bu barədə meyxana ustadı Aqşin Fateh öz instaqram hesabında məlumat verib. O bildirib ki, həmyerlimiz Rəşad üçün 10 min dollar göndərmək istəyir. Qeyd edək ki, Rəşad Dağlı Qaradağ […]

İcra başçılarına ciddi XƏBƏRDARLIQ

Bakıda neqativ halların daha çox qeydə alındığı rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib. Bu barədə Cumhuriyyet.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. Belə ki, BŞİH-də paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930