Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul edib – TAM MƏTN

  Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb. Cumhuriyyet.az-ın xəbərinə görə, Bəyanatı Ramin Məmmədov oxuyub. Bəyanatda deyilir: – Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir. Erməni […]

Mərkəzi Bankın sədri: İllik inflyasiya oktyabrda 15,6% təşkil edib

İllik inflyasiya oktyabrda 15,6% təşkil edib. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib. “Cari ilin 10 ayında strateji valyuta ehtiyatları 6% artaraq 55 mlrd. manatı ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 10,3% artaraq, 7,8 mlrd. […]

AMEA-da yeni TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub. Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, bu barədə AMEA Prezidenti, akademik İsa Həbibbəyli sərəncam imzalayıb. Sərəncama əsasən, Əsmər Əliyeva AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə İş şöbəsinə müdir təyin olunub. Qeyd edək ki, o, bundan əvvəl Humanitar Elmlər Bölməsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

Paşinyan Qaribaşvili ilə regiondakı vəziyyəti müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb. Cumhuriyyet.az xəbər verir ki, telefon danışığı zamanı 2023-cü ilin əvvəlində Ermənistan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi razılaşdırılıb. Bundan başqa, tərəflər Cənubi Qafqazdakı situasiyanın yaxşılaşmasını və bu istiqamətdə müvafiq addımların atılmasını müzakirə edib.

“Əhalinin real gəlirləri inflyasiyanı üstələyib” – Nazir

“İnflyasiya artıb. Buna beynəlxalq ərzaq bazarında olan artımlar təsir edir”. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, dünya ərzaq qiymətləri indeksi cari ilin oktyabr ayında 0,1 % azalıb. “İdxal olunan inflyasiya bizdə də artıb. Cari ilin 10 ayında əhalinin real gəlirləri iniflyasiyanı üstələyib”.

Almaniya Kansleri: “Putin tək qalıb”

“Rusiya Prezidenti dünyada demək olar ki, tək qalıb”. Cumhuriyyet.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts “Twitter” hesabında bildirib. Şolts qeyd edib ki, Putinin müttəfiqləri yoxdur. “Bu, G20 Sammitinin ən mühüm nəticəsidir. Onun Ukraynadakı müharibəsini davam etdirməsi və hava zərbələri endirməsi tamamilə qəbuledilməzdir”, – Almaniya Kansleri vurğulayıb.

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edəcək

“Təklif edirəm ki, Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı Milli Məclisin bəyanatını qəbul edək”. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sahibə Qafarova bunun üçün parlamentin iclasının gündəliyinə dəyişiklik olunmasını təklif edib: “44 günlük müharibə dövründə və müharibədən sonra Fransa hökumətinin Azərbaycana qarşı beynəlxalq təşkilatlarda […]

Adnan Oktara 891 il həbs cəzası verilib

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 891 il həbs cəzası verilib. Cumhuriyyet.az “Haberler.com”a istinadən xəbər verir ki, bir müddət əvvəl barəsindəki hökm ləğv olunan Adnan Oktarın cinayət işinə yenidən baxılıb. Məhkəmə şəxsi cinayətlərinə görə, onu 891 il həbs cəzasına məhkum edib. Təşkilatın lideri olduğu üçün üzvlərin törətdiyi cinayətlərə görə də məsuliyyət daşıyan Adnan Oktar […]

Kreml G20-nin yekunundan razı qalıb

Kreml G20-nin yekunundan razıdır. Cumhuriyyet.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, G20-nin yekun bəyannamənin Ukraynaya yanaşmalardakı fərqi müəyyən etdiyini söyləyib: “Sözsüz ki, bəyannamədə yanaşmalardakı fərq, bu mövzuya baxış müxtəlifliyi qeyd edilib. Bizim ekspertlər və Xarici İşlər Nazirliyimiz belə balanslaşdırılmış mətnin yaranması üçün çox səy göstəriblər”, – deyə Kremlin sözçüsü vurğulayıb.(apa)

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini elan edib

İsveç Havadan Müdafiə Sistemi də daxil olmaqla bu günə qədər ən böyük, dəyəri 3 milyard kron (287 milyon dollar) olan doqquzuncu hərbi yardım paketini Ukraynaya göndərəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə xəbəri İsveçin Baş naziri Ulf Kristersson, müdafiə naziri Pal Conson və inkişaf və xarici ticarət naziri Johan Forsell birgə mətbuat konfransında elan ediblər. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930