Siyavuş Novruzovdan sülhməramlılara sərt tənqid: “İşlərini görə bilmirlərsə, getsinlər”

Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına diqqət çəkdi. Bildirdi ki, son vaxtlar Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini dəyişdirdiyini görürük: “Hansi səbəbdən bunu edirlər?” S.Novruzov bildirdi ki, bununla hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ […]

“Dəmir yolları” idarəsində qruplaşma: peşəkarlar etiraz edir

“Azərbaycan Dəmir Yolları” QSC-də tək ötən rüb ərzində 536 nəfər ixtisar edilib ki, bu da ümumi kollektivin 10%-dən çoxdur. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bu prosesin davam etdiriləcəyi planlaşdırılır və ixtisara gedilməsi barədə göstərişin birbaşa QSC-nin yeni sədri Rövşən Rüstəmov tərəfindən verildiyi deyilir. Mənbə ixtisarlar və yeni təyinatlarla bağlı da müəmmalı məqamların olduğunu qeyd edib. Məsələn, […]

Çavuşoğlu: NATO müttəfiqləri Türkiyənin yanında olmalıdır

Təhlükəsizlik anlayışı bölünməzdir. Təhdid haradan gəlirsə gəlsin, ona kollektiv şəkildə cavab verilməlidir. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Aspen Buxarest Forumunda deyib. “Terror Madriddə keçirilən Sammitdə qəbul olunan yekun sənəddə də iki təhdiddən biri kimi qeyd olunub. Müttəfiqlər Türkiyənin yanında olmalı və unutmamalıdırlar ki, terrorun ən çox hədəf aldığı NATO […]

Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ

Saakaşvilinin vəziyyəti pisləşib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın ictimai müdafiəçisi Nino Lomcariya məlumat verib. O, siyasətçiyə baş çəkib və vəziyyəti ilə tanış olub. “Eks-prezident Mixail Saakaşvilinin səhhətinin ötən illə müqayisədə pisləşdiyini başa düşmək üçün onun vizual müayinəsi kifayətdir”, – deyə Lomcariya bildirib. Onun sözlərinə görə, Saakaşvili nəzərəçarpacaq dərəcədə arıqlayıb, o, danışmaqda çətinlik çəkir, […]

Prezident Türkmənistan baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırdı. O qeyd etdi ki, Azərbaycan Prezidentinin bu ilin iyununda Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə […]

İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Deputat ölkəmizin adının dəyişdirilməsini təklif etdi

Milli Məclisin plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev öncə İranda pozulan insan hüquqlarından bəhs edib. Həmçinin Azərbaycan türklərinin təbii haqlarından məhrum edildiyini bildirib. Ardınca deputat ilginc təkliflə çıxış edib. Bildirib ki, ölkəmizdə konstitusiya hazırlanmalı və referendumda qəbul olunmalıdır: “İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, […]

Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı

Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni […]

Azərbaycan Prezidenti Tatarıstan Prezidentini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Prezident BƏƏ-nin Kabinet işləri nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930