Müdafiə Nazirliyi növbəti dəfə Rusiya sülhməramlılarına ÇAĞIRIŞ ETDİ

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının dəfələrlə edilən müraciətlərimizə baxmayaraq hələ də uydurma erməni toponimləri ilə qeyd olunması çox böyük təəssüf doğurur. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib. “Bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya […]

“Orion” kosmik gəmisi bu tarixdə Yerə qayıdacaq

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb. Məlumatda “Orion”un dekabrın 11-də San-Diyeqo yaxınlığında Sakit okeana enəcəyi bildirilir. Noyabrın 16-da NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space […]

Moldova Rusiyadan asılılığı belə azaldır

Rumıniya Moldovaya qaz tədarük etməyə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “NyusMaker” məlumat yayıb. Məlumata görə, bununla da Moldova dövləti Rusiya qazından asılılığı azaltmaq istəyir.

Filip Riker Mirzoyanla görüşdü

Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər.

Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilir

Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları şənbə günü Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər. “Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, – Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib. Bir neçə yüz nəfər […]

Quterreş: “İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər”

“İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər” Cumhuriyyet.az-ın xəbərinə görə, bu fikirlər BMT baş katibi Antoniu Quterreşin Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar müraciətində yer alıb. Müraciətdə deyilir: “Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub. Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən […]

Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib

Bakıda anadan olmuş Rusiya yazıçısı İlya Ştemler Sankt-Peterburq şəhərində, 90 yaşında vəfat edib. Cumhuriyyet.az xəbər verir ki, onun ölüm səbəbi koronavirus infeksiyası (COVID-19) olub. Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da, özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksopark, Univermaq, […]

Ərdoğan: Türkiyə cənub sərhədləri boyunca təhlükəsizlik zolağını mütləq tamamlayacaq

Türkiyə cənub sərhədləri boyunca 30 km-lik təhlükəsizlik zolağını mütləq tamamlayacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfaya səfəri zamanı bildirib. O qeyd edib ki, terrorçuların hücumları ölkəsini bu qətiyyətli qərarından çəkindirə bilməyəcək.(apa)

Laçın dəhlizi bağlandı – FOTOLAR

Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında bağlanması ilə bağlı məlumatlar yayılıb. Cumhuriyyet.az xəbər verir ki, bu haqda “Haqqın.az” məlumat yayıb. Bildirilir ki, Xankəndindən Ermənistana kilometrlərlə tıxac yaranıb.  

Baş nazir QƏRAR İMZALADI

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib. Cumhuriyyet.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Komissiyanın tərkibinə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri əlavə edilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031