Çavuşoğlu xəbərdarlıq etdi: “Külək əkən qasırğa biçər!”

Yunanıstan Egeyin şərqindəki adaların hərbiləşdirilməsini dayandırmalıdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rumıniyalı həmkarı Boqdan Auresku ilə keçirdiyi mətbuat konfransında bildirib. “Afina beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış zonalar hesab edilən adalara silah yerləşdirməkdən imtina etməlidir”, – deyə “Anadolu” agentliyi onun sözlərindən sitat gətirir. Diplomat Ankaranın ona qarşı təhdidlərə məhəl qoymayacağını vurğulayıb. […]

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncamda qeyd olunub ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü […]

Hülusi Akar: “İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməyib”

Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını yalnız həmin ölkələrin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra ratifikasiya edəcək, lakin bu hələ baş verməyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar jurnalistlərin suallarına cavab verərkən deyib. “İsveç və Finlandiya imzaladıqları öhdəlikləri yerinə yetirməlidir. Bundan sonra Türkiyə parlamenti də öz öhdəliklərini yerinə […]

İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təbrik etdi – VİDEO

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təlimlərin uğurla başa çatması münasibətilə təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, Prezident təbrikini Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminin iştirakçılarına müraciəti zamanı çatdırıb. Azərbaycan lideri vurğulayıb ki, Azərbaycan və Türkiyənin birliyi əbədidir: “Birliyimiz sarsılmazdır, əbədidir”. “Bu təlimin adı “Qardaş yumruğudur”. Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, – dövlət […]

Putin LGBT təbliğatına görə sərt cəzaları TƏSDİQLƏDİ

Rusiya prezidenti Vladimir Putin federasiya ərazisində LGBT təbliğatını, cinsiyyətin dəyişdirilməsini və uşaqlara qarşı zorakılığı qadağan edən qanunu imzalayıb. Cumhuriyyet.az  xəbər verir ki, prezidentin qanunu imzalaması ilə bağlı məlumat Dövlət Dumasının məlumat bazasında yer alıb. Bundan sonra istənilən yaşda olan şəxslər arasında “qeyri-ənənəvi cinsi əlaqə, uşaq istismarı və cinsiyyətin dəyişdirilməsi”nin təşviqi ilə bağlı qadağanın pozulması 5 […]

Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri İlham Əliyevə təqdim edildi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib. Cumhuriyyet.az xəbər verir ki, heykəltəraşlıq əsərini bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təqdim edib. Qeyd edilib ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da […]

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun 05 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Cumhuriyyet.az-a bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun […]

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib. Cumhuriyyet.az xəbər verir ki, o, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın […]

Sabahın hava proqnozu

Dekabrın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ətraflı Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət […]

“Tərtər işi” üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

“Tərtər işi” üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunaraq azadlığa buraxılan 19 nəfərin adları məlum olub. Cumhuriyyet.az həmin şəxslərin siyahısını təqdim edir: 1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri 2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri 3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri 4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031