ANAMA: Son həftədə 271 ha ərazi minalardan təmizləndi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb. ANAMA-danCumhuriyyet.az-a verilən məlumata görə, dekabrın 5-dək 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, tank əlehinə 3 və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 271 hektar […]

Zaur Baxşəliyev ATV-də aldığı maaşdan danışdı – VİDEO

“Zaurla Günaydın” proqramının ötən gün yayımlanan buraxılışı aparıcı Zaur Baxşəliyevin anası Dilavər xanımın evində baş tutub. Cumhuriyyet.az xəbər verir ki, proqram zamanı Zaurun anası onun ATV kanalında çalışdığı illərdən danışıb. Dilavər xanım oğlunun karyerasına başladığı dövrlərdə 50 AZN maaş aldığını vurğulayıb. Zaur isə rəhbərlikdən heç vaxt maaş artımı istəmədiyini, sadəcə çəkdiyi zəhmət müqabilində maaş aldığını […]

Prezident və xanımı Ulu Öndərin məzarını ziyarət etdi – YENİLƏNDİ + FOTOLAR

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub. Tanınmış dövlət […]

Abdin Fərzəliyevin və oğlunun bahalı saat kolleksiyası: ev qiymətinə… – FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev saatı ilə diqqət çəkib. Saat həvəskarı olan icra başçısı  “Rolex” markasına üstünlük verir.  A.Fərzəliyev  “Rolex” markasının “Celine Moon Phase” modelinə aid saat taxır. Həmin saatın sözügdən modelinin  qiymətləri 45.000 AZN ilə 63.000 AZN arasında dəyişir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, icra başçısının saat kolleksiyasında ən bahalı […]

İlham Əliyev Putinlə danışdı

Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS-a Kremldən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları Qarabağla bağlı üçtərəfli bəyanatların realizasiyası məsələlərini müzakirə ediblər. (yenisabah.az)

“Kamaləddin Qafarov: “Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini əbədi yaşadacaqdır!”

“Sovet imperiyasının Cənubi Qafqaz regionunda yetmiş il davam edən hegemonluğuna ötən əsrin axırlarında son qoyulduqdan sonra bu platformada dünya gücləri arasında əsl nüfuz savaşı başladı. Bir tərəfdən ölkəmizin enerji resurslarına sahiblənməyə can atan qüvvələr, digər tərəfdən Azərbaycanın tarixi əraziləri hesabına mifik “böyük Ermənistan” dövlətini yaratmağa çalışan Ermənistanın işğalçı planları, üçüncü tərəfdən isə qonşuluğunda güclü müstəqil […]

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə əlavə texnika yığır – Video

Xəbər verdiyimiz kimi, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Cumhuriyyet.az xəbər verir ki, aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev “Qafqazinfo”ya bildirib ki, aksiyanın həyata keçirildiyi ərazidə olunan Rusiya sülhməramlılarının hərbçilərinin sayı, o cümlədən texnikanın sayı artırılır. Belə ki, aksiya başlayanda […]

Azərbaycanlı etirazçılar Qarabağdakı erməniləri aksiyaya qoşulmağa dəvət edib

Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib. Cumhuriyyet.az “Report”-a istinadən  xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir. Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Aksiyanın keçirilməsində əsas […]

Nazirlik MƏLUMAT YAYDI: “230 mindən çox şəxsə…” – FOTO

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olanlara dair məlumatlar daxil edilir. Bu altsistemə artıq 230 mindən […]

Yeni Zelandiyadan İrana sanksiya

Yeni Zelandiya hökuməti etiraz aksiyalarının yatırılması ilə əlaqədar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun və Hüquq-Mühafizə Qüvvələrinin 22 rəsmisinə sanksiya tətbiq edib. Bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern və xarici işlər naziri Nanaya Mahutanın yaydığı bəyanatda deyilir. “Biz İranda baş verən hadisələrə daha yaxından diqqət yetirməyə və araşdırmağa davam edəcək, İran hakimiyyətini etirazlara daha […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031