Bu il boşanmaların sayı 10 faiz azalıb

Azərbaycanda bu il boşanmaların sayı 10 faiz azalıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Bu il ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb. Nikahın sayı 60 mini ötüb, […]

ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,7 milyon barel artaraq 419 milyon barel təşkil edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin son 5 ildəki orta göstəricidən təxminən 6 % aşağıdır. Qeyd edək ki, ICE London Fond Birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1,1 […]

Sandu: “Moldova ordusunda müasir silahlara ehtiyac var”

Moldova ordusu ölkənin konstitusiyada nəzərdə tutulan neytral statusuna baxmayaraq, ən müasir silahları almalıdır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu “Moldova 1” telekanalının efirində bildirib. “Neytrallıq demilitarizasiya və ya regionda baş verənlərə biganəlik demək deyil. Özümüzü müdafiə etməli olacağımız halda ordumuz müasir silahlarla təchiz olunmalıdır”, – dövlət başçısı deyib. Bundan əvvəl Sandu […]

Bu il beynəlxalq koalisiya İŞİD-ə qarşı 300-dən çox əməliyyat keçirib

İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2022-ci ildə İraq və Suriyada 313 hərbi əməliyyat keçirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb. Əməliyyatların əksəriyyəti, demək olar ki, üçdə ikisi İraqda həyata keçirilib. Qeyd edək ki, beynəlxalq koalisiya 2014-cü ildə İŞİD İraq ərazisinin təxminən üçdə birini işğal etdiyi […]

S-300 raketi Belarusa düşdü – Lukaşenko Ukraynanı günahlandırdı

S-300 raketi Belarusiyada qəzaya uğrayıb. Raket İvanovo ərazisində tarlada tapılıb Mərmi isə Qərbi Ukrayna ilə sərhəddən 20 kilometr aralıda tapılıb, onun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu iddia edilir. Cumhuriyyet.az bildirir ki, rəsmi Minsk artıq insidentdə Ukrayna Silahlı Qüvvələrinin günahkar olduğunu bəyan edib. Dekabrın 29-da günorta saatlarında Belarusun Brest vilayətinin Qorbaxa kəndi yaxınlığında S-300 zenit-raket […]

“Əl-Nəsr” Ronaldu ilə birlikdə Ramosu da transfer etmək istəyir

“Əl-Nasr” PSJ-nin müdafiəçisi Serxio Ramosla maraqlanır. Səudiyyə Ərəbistanı klubu Kriştianu Ronaldu ilə birlikdə ispaniyalı futbolçunu da almaq istəyir. Xatırladaq ki, Ramosun PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Hərçənd, o, parislilərlə müqavilənin müddətini uzatmağa qərar verə bilər.

İsveç xəstəxanalarında rekord sayda COVID xəstəsi qeydə alındı

Hazırda İsveç xəstəxanalarında COVID-19-dan müalicə olunan 2179 xəstə var. Krallığın səhiyyə idarəsi cümə axşamı bildirib ki, bu, 2022-ci il üçün yeni rekorddur. Əvvəlki rekord yanvar ayına təsadüf edib. Ölkənin tibb müəssisələrində eyni zamanda 2138 koronavirus xəstəsinə yardım göstərilib. Pandemiyanın bütün dövrü üzrə rekord 2021-ci ilin yanvarında qeydə alınıb. Həmin vaxt 2972 ​​nəfər koronavirusa yoluxmuş şəxs […]

Ukrayna səfiri Belarus XİN-ə çağırılıb

Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılaraq raketlə bağlı kəskin etiraz bildirilib. Cumhuriyyet.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib. “Bu gün Belarus hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində Ukraynaya məxsus S-300 raketini vurub. Bu çox ciddi hadisədir. Belarus tərəfi məsələyə ciddi yanaşır. […]

“Media Menecmenti” təlim proqramının bağlanış mərasimi keçirildi – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının üçüncü modulu keçirilib. “Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş […]

Bu rüsumlar 1400-1600-1800 manat olacaq – Prezident təsdiqlədi

Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib. Bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq: 1. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031