Ərdoğanın Əsədlə görüşü gündəmdədir

Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır və hesab edir ki, Ankara ilə Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi ən yüksək səviyyədə görüşün təşkili məsələsinin müzakirəsi olacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib. “Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının vaxtı […]

Bolqarıstan Türkiyə ilə qaz sazişi imzalayacaq

Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq. Bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə […]

Xankəndi yolunda aksiya davam edir

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, rus dilində isə “Берегите природу!”, “Экоциду нет! […]

“Baykar”ın illik gəliri açıqlandı

Türkiyənin “Baykar” şirkəti 18 ölkə ilə yeni ixracat anlaşması imzalayıb. Ötən il bütün anlaşmalara dair ixracat öhdəliyinin 99,3 faizi yerinə yetirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə şirkətin rəsmi Tvitter səhifəsində paylaşım edilib. Bildirilir ki, “Baykar” 2022-ci ildə istehsal etdiyi məhsulların ixracatından 1,18 milyard dollar gəlir götürüb. Bundan sonra istehsal məhsulları 27 ölkəyə ixrac olunacaq.

İnfantino: Hər ölkədə Pelenin adına stadion olsun!

FİFA digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə bazar ertəsi FİFA rəhbəri Canni İnfantino açıqlama verib. “Biz istəyirik ki, hər bir ölkədə, heç olmasa, Pelenin adını daşıyan bir stadion olsun. 50, 100 il keçəcək, […]

Kalın Türkiyənin ABŞ-dən gözləntilərini açıqladı

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə ABŞ-dən tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir. “Ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda heç kim bizdən susqunluq gözləməməlidir. Birləşmiş Ştatların tərəfdaşlıq ruhuna əməl etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddi qəbul etməsini gözləyirik. Bizə qarşı birtərəfli siyasətin tətbiqini […]

İsrail İranın nüvə planlarına qarşı beynəlxalq cəbhə quracağını bildirir

İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışacaq və bunun üçün Tehrana qarşı geniş beynəlxalq cəbhə yaradacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu İsrailin yeni xarici işlər naziri Eli Koen çıxışı zamanı bildirib. “İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının üzvləri arasında açıq şəkildə başqa dövlət tərəfindən məhv edilməyə çağırılan yeganə ölkədir. İsrail istənilən yolla […]

Petrosyanın qardaşı öldü

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın qardaşı Kamo Ter-Petrosyan 76 yaşında ölüb. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə “ilur.am” saytı məlumat yayıb. İxtisasca həkim olan Petrosyan 1946-cı ildə Kirovakanda (Böyük Qarakilsə) anadan olub. O, həmçinin uzun müddət “Musaler” həmyerlilər ittifaqının sədri kimi tanınıb.

Hulusi Akar dünyanın ən böyük PUA daşıyan gəmisini ziyarət etdi – FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünyanın ilk PUA daşıyan gəmisini və ölkəsinin ən böyük hərbi gəmisini ziyarət edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilir. Türkiyə istehsalı olan hərbi gəmi praktiki olaraq istismara hazırdır.

“Ukraynaya 18 milyardlıq dəstək paketini tezliklə işə salacağıq”- Ursula fon der Lyayen

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib. Cumhuriyyet.az xəbər verir ki, o, bu barədə öz “Tviter” səhifəsində yazıb. Komissiya rəhbəri Zelenskiyə kömək vəd edib və Ukrayna ərazisində onunla görüşməyi planlaşdırdığını deyib. Lyayen bildirib ki, Avropa İttifaqı Ukraynaya maliyyə yardımını davam etdirəcək: “Biz tezliklə 18 milyard avroluq dəstək paketimizi aylıq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031