Bakı Tehrandan izahat tələb edəcək – Qusman

Tehranda Azərbaycan səfirliyində baş verən cinayəti nə izah etmək, nə də əsaslandırmaq mümkündür. Kimsə bunun təkcə bir terrorçunun cinayəti olduğunu desə də, mənə elə gəlir ki, bu, diqqətlə araşdırılmalıdır. Cumhuriyyet.az xəbər verrir ki, bunu “TASS” İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərtac-a müsahibəsində Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını şərh edib. Jurnalist İran […]

Blinken elan etdi: Qafqaz üzrə yeni məsləhətçi…

ABŞ-ın Cənubi Qafqaz üzrə yeni baş məsləhətçisi təyin olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Tvitter hesabında bildirib. “Bu gün mən Luis Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, – Blinken […]

İcra hakimiyyəti ev pullarını “yeyib”? – VİDEO

2012-ci ildə şimal-qərb rayonlarında baş verən zəlzələdən sonra ziyan dəyən evlərin ya bərpa olunacağı, ya da yenidən tikiləcəyi bildirilib. Hazırda bəzi evlərdə vəziyyət hələ də eynidir. O evlərdən biri də Balakənin Mahamalar kəndində yerləşir. Ev sahiblərinin sözlərinə görə, zəlzələdən sonra onların siyahıya alınması üçün heç bir komissiya göndərilməyib. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti […]

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib. Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də […]

Bu, İranın öhdəliklərinə ziddir – MAQATE

İranın nüvə obyektindəki fəaliyyətləri Tehranın üzərinə götürdüyü öhdəliklərə ziddir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktor Rafael Qrossinin adından yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq olunmadan zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordodakı zavodunun dizaynı ilə əlaqəli məlumatlara ciddi şəkildə dəyişikliklər etməsindən narahatdır.

Rumıniya prezidenti Azərbaycana gəlir

Rumıniya Prezidenti Klaus İohannis 2023-cü il fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. Cumhuriyyet.az xəbər verir ki, Rumıniya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər iclasının açılışı planlaşdırılır. Eyni zamanda səfər zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq […]

Zaxarova: “Makronun bu açıqlaması absurddur”

“Fransa prezidenti Emmanuel Makronun “Ukraynaya mümkün hərbi təyyarələrin tədarükü eskalasiyaya səbəb olmayacaq” sözləri absurddur”. Cumhuriyyet.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. “Fransa prezidenti həqiqətən əmindirmi ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilsə, bu vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir […]

“Nərmin işində” ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb. Cumhuriyyet.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclası təxirə düşüb. Buna səbəb, ifadə vermək üçün məhkəməyə dəvət olunan ekspertlərərin (ilk olaraq 3 ekspert dəvət […]

ABŞ Rusiyaya sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bundan əlavə, Bolqarıstan, İsrail, Kipr, Latviya və Sinqapurdan olan təşkilatlar da qara siyahıya daxil edilib.

Baydenin evində axtarış aparılır

ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Rebohot Biç şəhərindəki şəxsi evində axtarış aparılır. Cumhuriyyet.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşları ölkə başçısının evində axtarışa başlayıb. Axtarış işlərinin məxfi sənədlərin saxlanması işi çərçivəsində aparıldığı bildirilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728