ATƏT-dəki 52 nümayəndə səfirliyimizə hücumu pislədi

ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli Tvitterdə yazıb. O bildirib ki, iclasda səfirliyə hücum məsələsi müzakirə olunub. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı […]

Rumıniya prezidentinin rəsmi qarşılanma mərasimi…

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi. Prezident Klaus Yohannis Azərbaycan […]

ABŞ Saakaşvilinin səhhətindən narahatdır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti ABŞ-ı narahat edir. Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Denqan deyib. Onun sözlərinə görə, Vaşinqton bu prosesi diqqətlə izləyir və Saakaşvilinin səhhəti ilə bağlı vəziyyəti ciddi qiymətləndirir: “Təbii ki, dünən gördüyümüz çox ciddi bir vəziyyətdir. Hökumətimiz də digər ölkələrin hökumətləri kimi bu prosesi diqqətlə izləyir və […]

5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

“Bakcell” 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində – Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur. Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını “Huawei”, “Xiaomi”, “OnePlus”, “Poco” və “Vivo” smartfonlarının sahibləri istifadə edə bilər. “Bakcell” 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da […]

Putin heç vaxt təslim olmur, hücum edəcək – Polşa

Vladimir Putin heç vaxt təslim olmur və buna görə də ondan Kiyevi ələ keçirmək üçün yeni cəhd gözləmək olar. Cumhuriyyet.az xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib. “Düşünürəm ki, o, təkcə Ukraynaya nifrət eləmir, həm də xalqına bir daha göstərmək istəyir ki, uzun müddət oynayır, heç vaxt təslim olmur və yenidən Kiyevə […]

CM-də bu dəyişikliklər qüvvəyə mindi

1 fevral 2023-cü ildən Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər qüvvəyə minib. Bu barədə Cumhuriyyet.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, dəyişikliklərə əsasən, Cinayət və İnzibati Xətalar məcəllələrində “cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və digər əmlak” ifadəsi əvəzinə “cinayət yolu ilə əldə edilmiş əmlak” termininə keçilmişdir. Cinayət yolu ilə əldə edilmiş […]

Prezident Arif Alviyə başsağlığı verdi

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib. Cumhuriyyet.az başsağlığının mətnini təqdim edir: Hörmətli cənab Prezident, Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə […]

Martda 14 gün iş olmayacaq

Mart ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı müəyyənləşib. Cumhuriyyet.az xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Beləliklə, martda həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.

İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi

Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Cumhuriyyet.az müraciətin mətnini təqdim edir: “Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun […]

Akardan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyə əlavə töhfə verər: “Qış təlimi-2023” uğurla başa çatdı. Bu təlim Türkiyə ordusunun səviyyəsini göstərir. Təlimlərin belə bir şəraitdə uğurla keçirilməsindən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728