Azərbaycan və BƏƏ-nin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq. Cumhuriyyet.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində […]

Türkiyə zəlzələ bölgəsinə 28 min polis göndərdi

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi tətbiq olunan zəlzələ bölgəsinə təhlükəsizlik qüvvələrinin 28 min əməkdaşını göndərib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, 18 min jandarma və 10 min polis zəlzələdən zərər çəkən vilayətlərdə xidmət göstərəcək. Yaxın zamanlarda həmin bölgəyə daha 10 min jandarma cəlb olunacaq.

Cahit Bağçı dəstəyə görə Azərbaycana təşəkkür etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təbii fəlakətdən zərər görmüş qardaş ölkəyə göstərilən dəstəkdən dolayı ölkəmizə təşəkkür edib. O, xalqımıza minnətdarlığını bu cür ifadə edib: “Dərdimizi dərdi bilən, ölkəmizlə həmrəylik göstərib dəstək verərək tək ürək olan Azərbaycan!”, – diplomat “Twitter” səhifəsində yazıb.

Türkiyədəki zəlzələdə ölənlərin sayı 3700-ü keçdi

Türkiyədə ötən gecə baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 2921 nəfərə yüksəlib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar zamanı 15834 nəfər xəsarət alıb. Dağılan binaların sayı da 4578-ə çatıb. Ümumilikdə dağıntılar altından 7840 nəfər xilas edilib. *** Türkiyədə ötən gecə baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı […]

Mehriban Əliyevadan humanitar yardımla bağlı göstəriş

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Cumhuriyyet.az xəbər verir ki, bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, […]

Heydər Əliyev Mərkəzi türk bayrağı ilə işıqlandırılacaq

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının bayrağı ilə işıqlandırılacaq. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcəkdir.

Banderas Türkiyə xalqına başsağlığı verib

“Türkiyə və Suriya xalqları ilə həmrəyliyimi nümayiş etdirirəm”. Bu sözləri özünün “Instagram” səhifəsində Hollivud ulduzu Antonio Banderas yazıb. “Bütün dəstəyim sizinlədir. Tezliklə bu faciəni geridə qoymağınızı arzu edirəm”, – deyə Antonio Banderas qeyd edib.

Bu məhsulların idxalına nəzarət gücləndirilir

Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarəti gücləndirilir. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb: 1. tütün məmulatlarının […]

Zəlzələnin ikinci günü: 23 milyona qədər insan…

Ötən gün Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin nəticələri getdikcə daha da ağırlaşır. Qurbanların ümumi sayı artıq 5 mini ötüb. Çox sayda insanın dağıntılar altında qaldığını nəzərə alsaq, görünür, ölənlərin siyahı artmağa davam edəcək. Cumhuriyyet.az təbii fəlakətin ikinci gününün təfərrüatını təqdim edir. Bir həftəlik matəm Bir gün əvvəl Türkiyə və Suriyada baş verən faciənin […]

Zelenski və Rəisi Ərdoğana zəng etdi

Ukrayna Prezidenti Vladimir Zelenski və İran dövlət başçısı İbrahim Rəisi türkiyəli həmkarları Rəcəb Tayyib Ərdoğana zəng ediblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, onlar Türkiyədəki zəlzələdə həlak olmuş şəxslərlə bağlı Ərdoğana başsağlığı veriblər. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728