Kadırov elan etdi: Yeni “Vaqner” yaradır

Dövlət qulluğundan istefa verdikdən sonra şəhri hərbi şirkətimi yaradacağam. Cumhuriyyet.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb. “Mən dövlət qulluğunda işimi bitirdikdən sonra əziz qardaşım Yevgeni Priqojinlə rəqabət aparmağı və özəl hərbi şirkət yaratmağı ciddi şəkildə planlaşdırıram. Düşünürəm ki, hər şey alınacaq. Bu cür peşəkar birləşmələrə ehtiyac var və lazımdır. “Vaqner” […]

Tehranda çörəkçilər pis həyat şəraitinə etiraz olaraq işə çıxmayıblar

İranın paytaxtı Tehranda çörəkbişirmədə çalışan insanlar pis həyat şəraitinə etiraz əlaməti olaraq işləməkdən imtina ediblər. Cumhuriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda fevralın 19-u Tehran Çörəkçilər Gildiyasının ofisinə çoxlu sayda çörəkçinin toplaşması əks olunub. Son bir neçə ayda görünməmiş inflyasiya, yüksək qiymətlər və hökumətin vətəndaşların əsas ehtiyaclarını ödəyə bilməməsi, İranın müxtəlif bölgələrində çoxsaylı həmkarlar […]

Hər kəs Putindən bunu eşitmək istəyir – Peskov

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində xüsusi hərbi əməliyyata diqqət yetirəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. “Bu dövlət başçısının himayəsi altında keçirilən ən mühüm tədbirlərdən biridir. Bu gün ölkənin inkişafının belə məsuliyyətli və çətin mərhələsində hər kəs prezidentin xüsusi əməliyyatın gedişi və beynəlxalq aləmdəki vəziyyətlə bağlı […]

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib. Cumhuriyyet.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib. Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra […]

Moldova müxalifəti mitinqlərə başladı

Moldovada müxalif “Şor” partiyasının tərəfdarları hökumət əleyhinə mitinqlərə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Etirazçılar əllərində hökumət əleyhinə şüarlar yazılmış plakatlar tutaraq, Prezident Maya Sandu və Baş nazir Dorin Reçanı istefaya çağırıblar. “Əhalidən oğurlanan pulların qaytarılmasına nail olmaq istəyirik. Ölkəmizdə qazın və istiliyin tarifləri 8 dəfə artıb və hesab edirik […]

Ağ Evin keçmiş həkimindən Baydenlə bağlı SENSASİON İDDİA

ABŞ Nümayəndələr Palatasının üzvü, Ağ Evin keçmiş həkimi, respublikaçı Ronni Cekson prezident Co Baydenin səhhəti ilə bağlı həqiqətlərin ört-basdır edilməsinə son qoymağa çağırıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb. “Əksər amerikalılar Baydenin psixi sağlamlığının tamamilə pisləşdiyini görürlər, lakin Ağ Ev bu problemi həll etmək üçün nə baş verdiyini və […]

Ukrayna konqresmenlərdən F-16 tələb etdi

Ukrayna rəsmiləri Konqres üzvlərini F-16 qırıcılarını Kiyevə göndərmək üçün Prezident Co Bayden administrasiyasına təzyiq göstərməyə çağırıblar. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb. Qırıcıların tədarükü ilə bağlı müzakirə Ukrayna rəsmilərinin, o cümlədən xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Bayraqdar” zəlzələ zonasından oğurluq edənləri tapdı – Video

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar olan ərazidə oğurluq edən şəxslər “Bayraqdar” PUA-sı ilə müəyyən edilib. Cumhuriyyet.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Bayraqdar TB-2” PUA-ları Qaziantepdə müşahidə funksiyasını yerinə yetirərkən iki şəxsin dağıntı olan ərazidən nə isə daşıdıqları müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində hər iki şəxs həbs edilib.

Ukraynaya az sursat verilir – Borrell

Ukrayna indi kifayət qədər silahla təmin olunub, lakin sursat az verilir. Cumhuriyyet.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. “Avropa Birliyi yaxın vaxtlarda sursat təchizatı ilə bağlı problemi həll etməlidir”, – Borrell bildirib.

Yeni dəyişiklik pensiya məbləğlərinə necə təsir edəcək? – VİDEO

“Milli Məclisin sonuncu Plenar iclasında “Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklər müzakirə edildi və birinci oxunuşda qəbul olundu. Qeyd edək ki, uzun müddətdir ki, biz də Milli Məclis iclaslarında sərbəst vəsaitin sərmayəyə yönəldilməsi və bununla da sosial müdafiə sisteminin maliyyə təminatının daha da gücləndirilməsi üçün əlavə resursların cəlbini təklif edirdik. Bu baxımdan yeni dəyişiklik dövlət […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728