Putin buna görə səfərini təxirə saldı

Rusiya prezidenti Vladimir Putin Stavropol diyarına səfərini ləğv edib. Buna səbəb ukraynalı yaraqlıların Bryansk vilayətinə hücumudur. Cumhuriyyet.az xəbər verir ki, Putinin Pyatiqorsk şəhərinə gedərək tədbirə qatılacağı gözlənilirdi. Lakin Ukrayna ordusunun əsgərləri Rusiya kəndlərinə hücum edərək bəzi vətəndaşları qətlə yetirib, digərlərini isə əsir götürdüyü üçün bölgədəki münaqişələr səbəbindən bu səfər ləğv olunub Kremlin sözçüsü Dmitri Peskov […]

Niderland Rusiyaya yardım edən ölkələri hədələdi: “Bu xətti keçsələr…”

Niderland baş nazirinin müavini və xarici işlər naziri Vopke Hukstra Rusiyaya hərbi yardım göstərən ölkələrə xəbərdarlıq edib. O, bu barədə G20 dövlətləri Xarici İşlər Nazirləri Qrupunun iclası çərçivəsində bəyan edib. “Mən hər bir həmkarıma, o cümlədən Çindən olan həmkarıma çatdırmaq istəyirəm ki, həqiqət yarımçıq ola bilməz. Məsuliyyət daşıyan yalnız bir ölkə var, o da Rusiyadır. […]

Türkiyə mediası Əliyevin bu çıxışından yazır

Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb. Cumhuriyyet.az xəbər verir ki, qardaş ölkənin Anadolu agentliyində yayımlanan “Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin çıxışında dünyada […]

“Fransız Afrikası” keçmişdə qaldı – Makron

“Fransız Afrikası” erası keçmişdə qalıb, Fransa qitə ölkələri üçün neytral tərəfdaş olmaq niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Qabonda fransız icmasının nümayəndələri qarşısında çıxışında deyib. “Fransa Afrikasının dövrü keçmişdə qalıb. Bəzən mənə elə gəlir ki, Fransanın artıq olmayan niyyətlərə sahib olduğunu oxuyanda mentalitet bizim qədər tez dəyişmir”, – deyə o bildirib.

Çin ABŞ-ı Tayvana silah tədarükünü dayandırmağa çağırıb

Çin hökuməti Birləşmiş Ştatları Tayvana silah tədarükünü dayandırmağa çağırıb. Cumhuriyyet.az xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bu çağırışı ABŞ Dövlət Departamentinin Tayvana növbəti silah satışına icazə verməsi ilə bağlı qərarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Tayvana silah tədarükü Çinin suverenliyini pozur, regionda vəziyyətin gərginləşməsinə səbəb olur. “Çin bu vəziyyətlə […]

Polis Netanyahunun həyat yoldaşını etirazçılardan belə xilas etdi- VİDEO

Gözəllik salonuna yollanan İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu çətin anlar yaşayıb. Cumhuriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə son zamanlar ölkənin müxtəlif hissələrində keçirilən genişmiqyaslı etiraz aksiyaları fonunda baş verib. Belə ki, Sara Netanyahunun Tel-Əvivdə gözəllik salonuna getdiyini öyrənən etirazçılar da oraya yollanıb. Aksiya iştirakçıları burada avtomobilin yolunu kəsib və salondan […]

Tezliklə Avropa Birliyi ilə saziş imzalanacaq – Paşinyan

Avropa Birliyinin (AB) Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalanacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib. “Hazırda AB-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və […]

Prezident qonaqlarla Dağüstü parkda – FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib. Cumhuriyyet.az-ın məlumatına görə, dövlət başçısı ilə birlikdə rəsmi qonaqlar Dağüstü parkda Bakının mənzərəsini də seyr ediblər.  

Polşa nəşri: Rusiya əvvəlki kimi qazanmır, lakin…

Qərb ölkələri Rusiya iqtisadiyyatını məhv edə bilmədi. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Mysl Polska” nəşri məlumat yayıb. “Rusiyanın dünya neft ticarətində payı 11%, təbii qaz və buğda – 17%, kalium gübrələri – 20% və s. Və bu ixrac Rusiyanın bacarıqlı maliyyə siyasəti sayəsində çökməyib. Rusiya əvvəllər olduğu kimi qazanmır, lakin yenə də çoxlu pul […]

Latviya prezidenti Azərbaycana gəlir

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycana səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, Latviya dövlət başçısı X Qlobal Bakı Forumunda iştirak edəcək. Qeyd edək ki, X Qlobal Bakı Forumu martın 9-11-də keçiriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031