Bayramov Fransa Senatının üzvü ilə görüşdü – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni qəbul edib. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına […]

Serbiya Ukraynanı silahlandırır? – Rəsmi

Serbiyanın hakimiyyət orqanları və müdafiə sənayesi silahlı münaqişə başlayandan bəri Ukrayna və Rusiyaya silah və hərbi texnika tədarük etməyib. Cumhuriyyet.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç bildirib. Qeyd edək ki, daha öncə Serbiyanın Ukraynaya silah tədarük etdiyinə dair xəbərlər yayılmış, Rusiya XİN isə Serbiyadan bunu aydınlaşdırmağı […]

Şuşaya ilk turist səfərləri başlayır

Şuşa şəhərinə turizm məqsədli səfərlərə Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən başlanılır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilir ki, ilk turist səfərləri həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə […]

Nikol: Sülh müqaviləsinin imzalanmasında qərarlıyam!

Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”. […]

Ramazan ayının başlama tarixi açıqlandı

Bu il Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlanıb. Cumhuriyyet.az QMİ-nin təqviminə əsasən xəbər verir ki, Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Əli Əsədov Mişustini təbrik etdi

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustini ad günü münasibətilə təbrik edib. Bu barədə Cumhuriyyet.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Ceyhun Bayramov İsrailə gedir

Xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Martın 29-da baş tutacaq səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Mirzoyan Hindistanda Lavrovla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqramda yazıb. O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdiriblər. Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dost ölkə […]

Moldovada dövlət dili dəyişdirilir

Moldova Parlamenti dil qanununu birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ilə dəyişdiriləcək. Cumhuriyyet.az xəbər verir ki, qanun layihəsinin təqdimatı zamanı kürsüyə kommunistlər və sosialistlər blokunun deputatları çıxıblar. Onlar özləri ilə referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışlarla bağlı plakatlar nümayiş etdiriblər. Deputatlardan biri digərinin plakatını qoparıb, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031