Zurabişvili Əliyevə məktub göndərdi: 105 il öncə…

Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir. Cumhuriyyet.az xəbər verir ki, bu fikir Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. O, Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə Gürcüstan xalqı adından və şəxsən öz adından səmimi təbriklərini çatdırıb: “Xalqlarımız arasındakı güclü dostluq […]

Qətər əmiri İlham Əliyevi təbrik etdi

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az-ın məlumatına görə, mətndə deyilir: “Zati-aliləri! Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi […]

NATO – Ukrayna Şurası yaradıla bilər

NATO-Ukrayna Şurasının yaradılması məsələsi müzakirə olunur. Cumhuriyyet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, alyans Rusiyanın işğalı altındakı əraziləri azad etmək üçün Ukraynaya kifayət qədər hərbi yardım edib: “Bununla belə, Kiyevə daha böyük yardımlar etməyə hazırdır”.

Əliyevin Paşinyan və Avropa liderləri ilə görüşü başladı – Foto

İyunun 1-də Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Vəziyyət gərginləşir, bizi parçalamağa çalışırlar

MDB ətrafında hərbi-siyasi vəziyyət getdikcə daha da gərginləşir. Cumhuriyyet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Anlamalıyıq ki, ətrafımızdakı böyük oyunçular Rusiya, Belarus, Mərkəzi Asiya dövlətlərini yavaş-yavaş bir-birindən ayırmağa çalışırlar. Buna imkan verə bilmərik. NATO ölkələrinin artan militarizasiyasını və qoşunların yaxınlığımızda cəmləşməsini, münaqişələrin qızışdırılmasını görürük”, – Lukaşenko bildirib.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm […]

Paşinyan azərbaycanlı jurnalistlərdən qaçdı – VİDEO

“Avropa siyasi birliyi”nın 2-ci Zirvə toplantısı üçün Moldovaya gələn Ermənistanın baş naziri Nikol Paşinyan ona sual ünvanlamaq üçün yaxınlaşan azərbaycanlı jurnalistlərdən qaçıb. “Trend” agentliyinin yaydığı görüntülərdə N.Paşinyanın suallara cavab verməkdən boyun qaçırdığı aydın əks olunub. O, jurnalistlərin Azərbaycandan olduğunu eşidən kimi sürətini artırır və oradan uzaqlaşır. Xatırladaq ki, bu gün Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti […]

CAR Putini həbs etmək istəmədiyi üçün hiylə işlədir

Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Çindən bu il BRİKS sammitinə ev sahibliyi etmələrini istəyə bilər. Bu barədə “Reuters” yüksəkrütbəli hökumət rəsmisinə istinadən məlumat yayıb. Tədbirin avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılır. Bildirilir ki, CAR Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi tələbi ilə bağlı müzakirələrdən yayınmaq üçün bunu etmək istəyir. Qeyd edək ki, […]

Mikayıl Cabbarov uşaqları təbrik etdi – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edib. O, təbriki öz “Twitter” hesabında paylaşıb. Nazir uşaqların xoşbəxt gələcəyini, rifahını təmin etmək və onlara qayğı göstərmək hər birimizin vəzifəsi olduğunu qeyd edib. O, bütün uşaqlara firavan həyat, şən əhvali-ruhiyyə və möhkəm cansağlığı arzulayıb.

Makron Şərqi Avropadan üzr istədi

  Fransa Prezidenti Emmanuel Makron Şərqi Avropa ölkələrindən üzr istəyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Makron bildirib ki, Fransa Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl Kremlin aqressivliyi barədə xəbərdarlıq edərkən onlara daha çox diqqət yetirməli idi. Fransa Prezidenti AB-nin şərq və qərb üzvləri arasında Rusiya ilə bağlı məsələlərdə davam edən fikir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930