Bayramov Boris Kollarla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikası Milli Şurasının rəhbəri Boris Kollar ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşım edilib. Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası […]

Moldova MDB-nin bu iki sazişindən çıxdı

Moldova MDB çərçivəsində iki sazişi denonsasiya edib. Bu barədə Moldova parlamenti məlumat yayıb. Məlumata görə, parlamentin Xarici siyasət və Avropaya inteqrasiya komissiyasının üzvləri təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin və MDB-yə üzv dövlətlər arasında strateji silahlı qüvvələr haqqında sazişin denonsasiyasını təsdiqləyiblər. Moldova XİN-dən bildirilib ki, […]

Ziya Məmmədovun tikdirdiyi bina sökülür – Video

Quba rayonunun mərkəzində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus hündürmərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb. Cumhuriyyet.net 7Times.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl binanın bütün mərtəbələrinin özül hissələrində söküntü işlərinə başlanılıb. Həmin görüntüləri təqdim edirik:

Cənubi Koreya Rusiyaya nota verdi

Cənubi Koreya ölkənin hava zonasına Çin və Rusiya təyyarələrinin daxil olması ilə əlaqədar Rusiya və Çin hərbi attaşelərinə etiraz təqdim edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, təyyarələrin bütün uçuşları digər dövlətlərin sərhədlərini pozmadan neytral sular üzərində, beynəlxalq qaydalarına uyğun olaraq həyata keçirilir.

Əhaliyə daha bir xəbərdarlıq: Bu ərazilərdən uzaq durun!

Fövqəladə Hallar Nazirliyi (FHN) davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib. Cumhuriyyet.net müraciətin mətnini təqdim edir: “Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır. […]

Bakı və İrəvan arasındakı danışıqlar… – ABŞ rəsmisi

Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir. Bunu ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin rəhbəri və baş icraçı direktoru Suzan Elliott Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir. S.Elliott […]

Şuşada beynəlxalq konfrans işinə başladı

Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda beynəlxalq tədbir işə başlayıb. Cumhuriyyet.net  xəbər verir ki, tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edir. Tədbirin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930