Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər – Hacıyev

Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin. Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev […]

Bayramov Borrellə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borrell ilə telefon danışığı aparıb. Bu barədə Cumhuriyyet.net-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Nazir regiondakı son […]

Ərdoğan Yaponiyanın baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistana səfəri çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşüb. Cumhuriyyet.net xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin hazırkı durumu müzakirə olunub. R.T.Ərdoğan və F.Kisida, eyni zamanda regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Türkiyə Prezidenti “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” […]

Pekinlə bu həcmi artıracağıq – Lavrov

Moskva və Pekin 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmini 200 milyard dollara çatdıra bilər. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Hazırda ikitərəfli ticarət dövriyyəsində ciddi artım var. Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artıq ikinci ildir ki, kəskin artıb”, – Lavrov bildirib.

Şuşa istiqamətində erməni təxribatının qarşısı alındı

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

1300-dən çox müəllim işə qəbul olundu

5-7 sentyabr tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Cumhuriyyet.net-Ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib. Namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti […]

“N”saylı hərbi hissənin təlim mərkəzlərini qarış-qarış satan və milyonlara sahib olan Akif Axundov kimdir? -FOTO/VİDEO

Perekeşküldə Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyi hər cür qanunsuzluqlara qol qoyublar Hörmətli izləyicilər!   Bir neçə ay bundan əvvəl gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Qaradağ rayonu ərazisində, hansı ki, Abşeron rayonunun Perekeşkül qəsəbəsinə yaxın sahədə yerləşən, həmçinin Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin təlim keçdiyi ərazilərdəki torpaq sahələrinin, heç bir rəsmi vəzifəsinin […]

Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə TASS agentliyinin yaydığı məlumatda bildirilib. Məlumata görə, rəsmi İrəvanın son zamanlardakı qeyri-dost hərəkətlərindən dolayı səfirə etiraz notası təqdim olunub.

Ermənistan Naxçıvanla sərhədə qoşun yığır – Video

Ermənistan Naxçıvanla sərhədə əlavə qüvvələr toplayır. Cumhuriyyet.net bununla bağlı “Caliber”in yaydığı görüntüləri təqdim edir: (axar.az)

Ərdoğan Hindistanda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda səfərdədir. Cumhuriyyet.net xəbər verir ki, Ərdoğan sabah Hindistanın paytaxtı Yeni Dehlidə “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitdə iştirak edəcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930