Ermənistan vaxt uzadırdı… – Fidan

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antitteror tədbirlərini Nyu-Yorkda müzakirə etdik. Cumhuriyyet.net xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, bəziləri qeyri-obyektiv mövqe tutur və bunu ifadə edir: “Biz isə deyirik ki, antiterror tədbirləri Azərbaycanın haqqıdır. Azərbaycanlı qardaşlarımız 44 günlük müharibədən sonra səbrlə gözlədilər ki, xunta rejimi ləğv olunsun. Azərbaycanlı […]

Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik – Prezident

Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. “Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona […]

Qazaxıstan Rusiya əleyhinə deyil – Tokayev

Qazaxıstan Rusiya əleyhinə deyil, biz dünyanın ən uzun sərhədini paylaşdığımız bir ölkə ilə tam əməkdaşlığa qətiyyətlə sadiqik. Cumhuriyyet.net xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Kazinform” agentliyinə müsahibəsində deyib. “Bizim müxtəlif sahələrdə, o cümlədən ticarət və humanitar sahələrdə əməkdaşlıq ənənəmiz var”, – o bildirib. Tokayev qeyd edib ki, Astananın sanksiyalara məruz qalan malları yoxdur […]

Ombudsmandan erməni sakinlərə müraciət

Hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də, sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili […]

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və […]

Prezident Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar. Cumhuriyyet.net nekroloqun mətnini təqdim edir: Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat etmişdir. Qənirə […]

Şərqi Zəngəzur sıfırdan inşa edilir – İlham Əliyev

Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib. Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlət başçısı deyib: […]

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.net-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° […]

Qarabağı Donbasla müqayisə etmək cahillikdir – Markov

Donbas və Qarabağ. Görürəm ki, bəziləri Qarabağı Donbasla müqayisə etməyə çalışırlar. Bu, tamamilə qəbuledilməzdir və tarixi baxımdan sadəcə cahillikdir. Cumhuriyyet.net xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Axı Donbas 2014-cü ildə rus dilini qadağan etmək istəklərini gizlətməyən ultramillətçilərin, hətta faşistlərin hakimiyyətinə qarşı üsyan qaldırdı. Qarabağ isə 1988-ci ildə SSRİ-nin hər yerində olduğu kimi, […]

Prezident və xanımı Paşayevanın məzarına əklil göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib. Cumhuriyyet.net xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabanda məzarı üzərinə qoyulub. Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sentyabrın 28-də vəfat edib. Naməlum mənşəli […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930