Almaniya XİN başçısı Azərbaycana səfər edəcək

Almaniya xarici işlər naziri Annalena Berbok Ermənistana və Azərbaycana səfər edəcək. Cumhuriyyet.net xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Azərbaycanın valyuta ehtiyatları nə qədərdir?

Bu günə Azərbaycanın valyuta ehtiyatları 66,4 milyard ABŞ dolları təşkil edir. Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunun 10,5 milyard ABŞ dolları AMB-yə məxsusdur.

Ərdoğan İran XİN başçısını qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib. Cumhuriyyet.net-in verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

İsrail zorakılığa son qoymalıdır – Fidan

İsrail tutduğu yanlış yoldan dönməli və zorakılığa son qoymalıdır. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. “Qəzza faciəsi bizim ən mühüm gündəmimizdir. Qəzzalılar günlərdir şiddətli bombardmana məruz qalıb. Onları vəhşicəsinə və açıq şəkildə qətlə yetirirlər. Bu qırğın və zülm qarşısında susmağımız mümkün deyil. İnsanları dünyanın gözü qarşısında qətlə yetirirlər”, […]

Məktəblərdə payız tətili nə vaxt başlayır?

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayacaq. Elm və Təhsil Nazirliyindən Cumhuriyyet.net-ə verilən məıumata görə, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə […]

NK AzTV-dən bu qurumları aldı…

Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında qərar verib. Cumhuriyyet.net xəbər verir ki, qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma […]

Fidan: Ukrayna və Fələstin üçün ayrı-ayrı standartlar ola bilməz

Ukrayna üçün ayrı, Fələstin üçün ayrı standartlar ola bilməz. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, Türkiyə Qəzzada atəşkəs və davamlı sülhün əldə edilməsi üçün qətiyyətlidir. Hakan Fidanın sözlərinə görə, İsrail və Fələstin üçün sülh və təhlükəsizlik baxımından […]

AMB inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabr proqnozlarına görə, inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Bu barədə Cumhuriyyet.net AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları […]

İran Prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib. Nazir, İran dövlət başçısının Türkiyəyə səfərinin yaxın vaxtlarda baş tutacağını vurğulayıb.

Donuz ürəyi insana yaramır: Daha bir xəstə öldü

ABŞ-da donuz ürəyi köçürülən 58 yaşlı Lourens Fosett adlı şəxs ölüb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Merilənd Universitetinin Tibb Mərkəzi məlumat yayıb. “Fosett sentyabrın 20-də əməliyyat keçirmişdi və cəmi 6 həftə yaşaya bildi”, – məlumatda qeyd olunub. Məlumata görə, xəstə sentyabrın 14-də ürək çatışmazlığı diaqnozu ilə tibbi mərkəzə müraciət edib. Həkimlər bildiriblər ki, bir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930