“Starlink” Gürcüstanda fəaliyyətə başladı

“SpeysX” şirkətinin “Starlink” peyk interneti artıq Gürcüstanda da fəaliyyətə başlayıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “SpeysX”in rəhbəri İlon Mask məlumat verib. “Starlink” artıq Gürcüstanda mövcuddur”, – o bildirib. Qeyd edək ki, “Starlink Georgia” 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstanın Rabitə Komissiyası şirkətə respublikada işə başlamaq icazəsi verib.

Metroda gediş haqqını bu nazirlik təsdiqləyəcək

Metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Cumhuriyyet.net xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Bakı Metropoliteni QSC-nin sədr müvani Hidayət Məmmədov bildirib. O xatırladıb ki, bu il sentyabrın 2-də Prezident İlham Əliyev “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında […]

Sizin hisslərinizi yaxşı başa düşürük – Prezident

Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur. Cumhuriyyet.net xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna […]

Nura Suri Ulvira Qarayevaya əsəbiləşib canlı efiri tərk etdi – VİDEO

Televiziyada yayımlanan ictimai-sosial verilişlərdən birinin canlı efirində gərgin dolu anlar yaşanıb. Sözügedən verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ulvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib. Nuranı bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara danışmağa macal verməməsi olub: “Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim […]

Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb. Cumhuriyyet.net xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını vurğulayıb, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni […]

Corc Soros bəşəriyyətə nifrət edir – Mask

Amerikalı maliyyəçi Corc Soros fundamental səviyyədə bəşəriyyətə nifrət edir. Cumhuriyyet.net xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask deyib. Maskın sözlərinə görə, Soros ABŞ-da Demokratlar Partiyasının əsas donorudur: “Soros hesab edir ki, qanunları dəyişdirməyin mənası yoxdur, yeganə vacib olan onların necə həyata keçirilməsidir, çünki o, yerli vəzifələrə namizədlərin seçilməsinə təsir göstərə bilər”. Qeyd edək ki, […]

“Azərpoçt” ona həvalə edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin İdarə Heyətinə (İH) sədr əvəzi təyin olunub. Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü İsi Mustafayevə həvalə edilib. Xatırladaq ki, “Azərpoçt”un sədri Əfqan Cəlilov vəzifəsindən azad olunaraq nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin edilib.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Cumhuriyyet.net xəbər verir ki, “Brent” markalı neftin bir barreli 87,41 dollara, yüngül neftin bir barreli isə 81,11 dollara satılır.

Prezident Asim Muniri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Tehran və İrəvan arasında əməkdaşlıq memorandumu imzalanıb – DETALLAR – FOTO

Ermənistan və İran sosial təminat sahəsində əməkdaşlıq memorandumu imzalayıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Tehranda sənədi Sosial Əmək Nazirliyinin rəhbəri Narek Mkrtçyan və kooperasiya, əmək və sosial rifah naziri Seyid Soulat Mortazavi imzalayıblar. Ermənistan departamentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər əmək mübadiləsi prosesinin sadələşdirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və məşğulluğun təmin edilməsi barədə öhdəlik […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930