Stoltenberq Almaniyaya səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq Almaniyaya səfər edəcək. Cumhuriyyet.net xəbər verir ki, bununla başlı NATO-nun mətbuat xidməti məlumat yayıb. Bildirlib ki, NATO Baş katibi Stoltenberq 9-10 noyabr tarixlərində Berlin şəhərinə səfər edəcək. Stoltenberq 9 noyabrda Almaniya Kansleri Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşəcək. “O, həmçinin nazir Berbok ilə birlikdə NATO-nun ilk […]

Onlar Yaxın Şərqi böyük müharibəyə itələyir – Lavrov

Anqlosakslar Yaxın Şərqi böyük müharibəyə doğru itələyir. Cumhuriyyet.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücumundan sonra İsrail-HƏMAS müharibəsi başlayıb.

Ödənişli yolda sürücülərdən artıq pul alınır? – Video

Yeni istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücü getdiyi məsafə üçün nəzərdə tutulandan artıq ödəniş tələb edilməsindən şikayətçidir. Cumhuriyyet.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Sürücü nəqliyyat vasitəsini nəzarətçi olan pəncərənin önündə saxlayaraq nə üçün ondan 9,50 qəpik əvəzinə 10 manat alındığının səbəbini soruşur: “Yol 9 manat 50 […]

BMT-nin 88 əməkdaşı öldü: 12 nəfər də ölsə… – Markov

BMT İsrailə qarşı üsyan etməyə yaxındır. Çünki İsrail oktyabrın 7-dən bu yana Qəzza zolağında törədilən kütləvi partlayışlarda BMT-nin 88 əməkdaşını öldürüb. Eyni zamanda, BMT-yə üzv dövlətlərin əksəriyyəti İsraili deyil, Fələstini dəstəkləyir. Cumhuriyyet.net xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “ABŞ indiyədək BMT-yə Qəzza zolağının bombalanmasının tezliklə dayandırılacağına dair vədlər verərək, üsyanı cilovlamağa nail […]

Laçında Bayraq yürüşü keçirilir – Foto

Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında Bayraq yürüşü keçirilir. 2014-cü ildən etibarən keçirilən Bayraq yürüşü bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir. Cumhuriyyet.net xəbər verir ki, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Laçında keçirilən yürüşdə Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Şərqi […]

Hərbçilərin maaşı artırılacaq? – Nazir açıqladı

Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər da ardıcıl şəkildə həyata keçirilir. Cumhuriyyet.net xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib. “Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam […]

Netanyahu: “Atəşkəs sözünü lüğətdən tamamilə çıxarmaq lazımdır”

“Əsirlər qayıdana qədər atəşkəs olmayacaq”. Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələri bazasını ziyarət edən zaman deyib. Netanyahu əsirlərin azad edilməsini atəşkəs üçün şərt kimi irəli sürüb. “Bilmənizi istəyirəm ki, bizim etməyəcəyimiz şey yoxdur. Girovlar geri dönənə qədər atəşkəs olmayacaq”, – deyə o bildirib. “Atəşkəs sözünü lüğətdən tamamilə çıxarmaq lazımdır. Biz bunu […]

Nazir: qazın qiyməti o qədər də yüksək deyil

Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil. Cumhuriyyet.net xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib deputat Ramil Həsənin əhali qrupu üçün qaz limitinin ləğvi və yeni yanaşmanın tətbiqi ilə bağlı təklifinə cavab olaraq deyib. Onun sözlərinə görə, qaz limiti […]

Azərbaycanda zəlzələ oldu

Zaqatalada zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Cumhuriyyet.net-ə verilən məlumata görə, bu gün yerli vaxtla 13:51-də Zaqatala rayonunda maqnitudası 3.2, dərinliyi 4 km. olan zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Bu gəlirlər vergidən azad olunur

Azərbaycanda fiziki şəxslərin 200 manata qədər aylıq faiz gəlirləri qismən vergidən azad olunacaq. Cumhuriyyet.net xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, söhbət vətəndaşların banklarda milli valyutada 18 ay və daha […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930