Putin Türkiyəyə buna görə gəlir?

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Ukrayna üzrə sülh danışıqlarını müzakirə etmək üçün dəvət edə bilər”. KONKRET.az xəbər verir ki, bu fikri türkiyəli analitik Engin Özer bildirib. “Ərdoğan səfər zamanı prezident Putinlə mümkün sülh danışıqlarının detallarını müzakirə edəcək”, – deyə Özer RİA Novosti-yə müsahibəsində bildirib. Onun fikrincə, əvvəllər İstanbul prosesi çərçivəsində əldə […]

Qaz İstismar Xidməti təbii qaza xüsusi maddə qatıb? – Sədərəkdə kütləvi zəhərlənmə

Yavnarın 31-də axşam saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda təbii qazdan kütləvi zəhərlənmə halı qeydə alınıb. Bu barədə Yeniavaz.com-a rayon sakinləri məlumat veriblər. Bildirilib ki, rayona verilən təbii qazdan kəskin iy yayılıb. Qeyd olunur ki, vətəndaşların böyük əksəriyyəti iyə görə təbii qazdan istifadəni dayandırsa da, bir qisim evlərdə bu iy zəhərlənmələrə səbəb olub. “Gündəlik Naxçıvan” […]

Whatsapp mesajlarını oxumaq mümkündür? – VİDEO

“Vatsap izləmə xidməti, istədiyiniz nömrəni təqdim edin, votsap yazışmalarını oxuyun” kimi reklamlarla son zamanlarda tez-tez rast gəlinir. Bəs həqiqətən də başqa birinin vatsap mesajlarını oxumaq mümkündürmü? Mövzu ilə bağlı texnobloger Fərid Pərdəşünas “Xezerxeber”ə danışıb. Onun sözlərinə görə, normal vatsap işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Lakin bəzi hallarda vatsap yazışmaları izlənilə bilər. Bu da kənar mənbələrdən […]

Türk professordan ŞOK: 6,6 bal gücündə zəlzələyə hazır olun

Geologiya Mühəndisi Prof. Dr. Osman Bektaş Gümüşhanedə ard-arda baş verən zəlzələlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Qaradəniz Texniki Universitetinin (KTU) keçmiş professoru, geologiya mühəndisi Prof. Dr. Osman Bektaş, Gümüşhanenin Kelkit rayonunda bir gün ərzində meydana gələn 4.3, 4.1 və 3.7 bal gücündə zəlzələlərlə bağlı xəbərdarlıqlar edərək, Şərqi Qara dənizdəki çimərlik sahələrində, […]

Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın – VİDEO

Lerikdə yerləşən “Təbəssüm” istirahət mərkəzində güclü yanğın olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşılıb. Hadisə sübh saatlarında qeydə alınıb. Yanğın zamanı mərkəzdə yerləşən beş qonaq evi tamamilə kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Şeyxə sui-qəsd, Hacı Sabirin infarktı, Mərdanovun nurçularla işbirliyi: ŞOK GİZLİNLƏR – Video

“BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında jurnalist Niyaz Niftiyevin təqdimatında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev olub… R.Əliyev müsahibəsində komitə sədri olduğu 2000-ci illərdə bir sıra İslam təriqətlərinin Azərbaycana axını, vəhabilərin icma halında məscidlərdə möhkəmlənmələri, […]

Məcburi köçkünlərə verilən bu güzəşt də ləğv olunur

Məcburi köçkünlərin təhsil hüququnun təmin edilməsi güzəşti onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədə olacaq. Musavat.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, 21 may 1999-cu il tarixində qəbul edilmiş “Məcburi köçkünlərin və onlara bərabər […]

Füzuli Ələkbərovun şirkəti ölkədən valyuta çıxarıb – Cərimə edildi

“İmprotex Trucks and Buses” MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və […]

Sabiq nazirlər nə qədər pensiya alır?

Azərbaycanda sabiq deputat və nazirlərin nə qədər pensiya alması hər zaman maraq doğurub. Ölkə qanunvericiliyinə görə, Milli Məclisin deputatları əməkhaqqının 80%-i qədər pensiya alır. Bəs sabiq nazirlərin pensiya təminatı necə tənzimlənir? Mövcud qanunvericiliyə görə, pensiyanın miqdarı dövlət qulluğunda xidmət illərindən asılı olaraq dəyişir. Belə ki, miqdar aşağıdakı kimi təyin edilir: – dövlət qulluğu vəzifəsində 5 […]

Adın, ata adının və soyadın dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ

Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib. Qərara əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829