Nazirlər Kabineti bu gün istefa verəcək

Nazirlər Kabineti bu gün istefa verəcək. APA-nın xəbərinə görə, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün […]

Rusiyanın daha bir gəmisi batırıldı

Ukrayna Rusiyanın Qara dəniz hərbi donanmasını sıradan çıxarmaqda davam edir. “AzPolitika.info” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, fevralın 14-də səhər saatlarında Krım yaxınlığında Rusiyaya aid “Sezar Kunikov” adlı böyük desant gəmisi məhv edilib. “Ukrainskaya Pravda” nəşri özünün Ukrayna Hərbi Kəşfiyyatındakı mənbələrinə istinadla yazıb ki, bu idarənin PUA-ları Rusiyanın böyük desant gəmisi Sezar Kunikovu vurub. Uğurlu […]

Prezident İlham Əliyev and içib

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. “Report” xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli […]

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə olub – Əksəriyyəti uşaqlardır

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. “Report”un məlumatına görə, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü […]

Rəsmi Bakıdan Cozep Borrellin iddialarına SƏRT MÜNASİBƏT

13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Ali nümayəndə Cozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829