Yeni tikili binalarda bünövrədən mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəlidir. Hazır binada satılan evlərlə müqayisədə nisbətən ucuz və əlçatandır. Təqribən 7-15% qiymət fərqi var. Ev alqı-satqısı ilə məşğul olan şirkətin satış meneceri Ağa Cəfərovun sözlərinə görə, alıcılar şəhər mərkəzində yox, daha çox ətraf ərazilərdəki binalardan bünövrədən mənzil almağa üstünlük verirlər. Bəs, bu halda […]

Navalnının cəsədinin taleyi necə olacaq?

Rusiya koloniyalarında ölüm halında məhkumun cəsədi ilə nə baş verir? – 45 illik təcrübəyə malik məhkəmə-tibb eksperti izah edir… Aleksey Navalnının yaxınları, siyasətçinin ölümünün elan edilməsindən iki gün sonra onun cəsədini ala bilməyiblər. Poliqon xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Aqenstvo” nəşri 45 illik təcrübəyə malik məhkəmə-tibb eksperti ilə koloniyada dünyasını dəyişən məhbusun cəsədi […]

Covid insan beynindən 20 ilə qədər ömür alır

Alimlər müəyyən ediblər ki, Covid insan beynindən 20 ilə qədər həyat alır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir. Poliqon xəbər verir ki, bu barədə araşdırma “News-Medical” jurnalında dərc olunub. Araşdırmada qeyd olunur ki, hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər. Xəstələrdə yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər […]

Fazil Mustafaya sui-qəsd işi: “Peşman deyiləm, nə cəza verəcəksinizsə, tez verin” – VİDEO

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib. Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin […]

Fikrət Məmmədov onun yerinə TƏYİN OLUNACAQ – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayan keçmiş ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Çox güman ki, keçmiş nazir Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənəcək. Qeyd edək ki, hazırda Konstitusiya Məhkəməsinin 8 hakimi var: Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri); Sona […]

Rüşvət alan sabiq vəzifəli şəxs azadlığa buraxıldı

Şirvan Apellyasiya Məhkəməsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Lənkəran Ağır […]

Rəsmi Bakıdan Paşinyana cavab

“Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur”. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin Münxendə erməni icması ilə […]

Rusiya müxalifətinin “dəfni”

Navalnının ölümünə bu qədər “dərin sükut” Rusiya üçün yaxşı heç nə vəd etmir, insanların daxilindəki narazılıq enerjisini bu qədər sıxmaq nə deməkdir?   İki gündür Navalnının nədən vəfat etməsi və cəsədinin harada saxlanılması kimi ilk baxışdan sadə görünən suallara rəsmi cavab yoxdur. Kremlə yaxın media  mövzu haqda ancaq rəsmi xəbərlər yazır. Moskva və Peterburqda isə Navalnını […]

“Kontakt Home” soyğunçuluğu: şirkətin deputat sahibinə erməni ittihamı – VİDEO

“Kontakt Home adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elşad Məmmədli Feysbuk-dakı hesabında yazıb. Jurnalist […]

Qazaxda avtoqəza keçirən Rəqsanənin anası yardım fəryadı edir: “Vəziyyətimiz inanın çox ağırdır”

17 yaşlı Rəqsanə Elmar qızı Məmmədovanın sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Mediaxeberleri.Az-a onun anası Xədicə Səyyad qızı Məmmədova məlumat verib. O bildirib ki, övladımı  dünən axşam saatlarında avtomobil vuraraq ölümcül xəsarət yetirib. “Biz Qazax rayonunda yaşayırıq. Rəqsanənin on yeddi yaşı var. Yoldaşım Məmmədov Elmar Arzu oğlu 05.04.2021-ci ildə dünyasını dəyişib. Hadisə olan gün bizi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829