Nəhəng güclər arasında dəhliz savaşları… – TƏHLİL

ABŞ və Çin arasında toqquşmalar nələrə səbəb olacaq? “Hürriyyət”in əvvəlki saylarında beynəlxalq tranzit dəhlizləri üzərindən ölkələr və bölgələr arasında gedən rəqabətin təsvirini ortaya qoymağa çalışmışdıq. Bu dəfə ABŞ-ın ərsəyə gətirmək istədiyi Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizindən söhbət açacağıq. Hansı ki, dəhlizin cizgisi Hindistanın baş naziri Modinin BƏƏ-yə səfəri üzərindən də özünü biruzə verir. Hindistan-Yaxın Şərq-Avropa iqtisadi […]

TƏBİB-in Sumqayıt ayıbı: Beş milyona tikilən xəstəxanada 200 manatlıq çap aparatı yoxdur

Sumqayıt şəhər sakinləri qəribə mənzərə ilə üz-üzə qalıblar. Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasında müayinə olunan vətəndaşlar verdikləri analizlərin cavabını çox çətinliklə əldə edirlər.  Səbəbsə çox sadədir: Xəstəxanada çap qurğusu yoxdur.  Ona görə də xəstəxanada analiz verən xəstə cavabı əldə etmək üçün şəhərdəki hansısa digər xəstəxana və yaxud poliklinikaya getməlidir. Getdiyi ünvanda əlindəki çeki […]

DOST-un 5,4 milyonluq tender verdiyi şirkət kimindir?

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) “B2B Group” MMC ilə maliyyə dəyəri 5 389 546,16 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.  Şirkət Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə tenderin qalibi seçilib.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “B2B […]

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat – 10 nəfər…

Azərbaycanda İranla əlaqələri olan şəxslərə qarşı yeni əməliyyat keçirilib. Hurriyyet.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən saxta dindarlara qarşı həyata keçirilən əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ötən gün polis tərəfindən saxlanılan həmin şəxslər narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

“Lotu Quli”nin qətli: iki nəfər azadlığa buraxıldı

“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlinə görə Antalya Ağır Cəza Məhkəməsində qərar verilib. Prokuror Azərbaycan Respublikasının vətəndaşları Əli Mövlamlı və Rəsul Həsənova bəraət verilməsinə dair hökm çıxarmaqla məhkəmə zalından azadlığa buraxıb. “Xan” ləqəbli Xaqan Zeynallı və Əmir Mövlamlı barəsində isə proses davam etdirilir. Qeyd edək ki, Əli Mövlamlı və Rəsul Həsənovun ömürlük həbsi tələb edilirdi. […]

Qarabağda “konyak diplomatiyası” oyunu… – TƏHLİL

Fevralın 16-da Münhendə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb. Görüşdə Əliyevin ATƏT-lə bağlı tələbi diqqət çəkib. Belə ki, Prezident Qarabağ münaqişəsini başa çatdığını bir daha vurğulayıb və qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in […]

Azərbaycan hökumətinin ən gənc və ən yaşlı kadrı – SİYAHI

Məlum olduğu kimi, 16 fevral 2024-cü il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb. Pravda.az hökumətin yeni tərkibinin ən gənc və ən yaşlı kadrlarını araşdırıb. Belə ki, hazırda ölkə hölumətinin ən gənc kadrı 1986-cı il təvəllüdlü müdafiə sənayesi naziri Vüqar Valeh oğlu […]

İlham Əliyev Ərdoğanla nələri anlaşdı – 4 mühüm QƏRAR

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri olduqca mühüm qərar və anlaşmalarla yekunlaşdı.  Bu səfər barədə tanınmış politoloq Elxan Şahinoğlunun şərhini təqdim edirik: “Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi. Birincisi, liderlər iki ölkə […]

Xəzərdə ard-arda təkanlar – böyük zəlzələ OLACAQ?

“Dəniz kənarında tikilən binalar təhlükədədir, çünki…” – baş seysmoloqdan ilginc açıqlamalar Fevralın 17-də Xəzər dənizində gün ərzində üç dəfə ard-arda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Birinci dəfə zəlzələnin gücü 3.4, ikinci dəfə 3.2, üçüncü dəfə isə 3,3 maqnitudada olub. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Bəs […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829